AĞ Partiya başqanı Tural Abbaslı : Daha möhkəm və uzunmüddətli stabillik təcili olaraq genişmiqyaslı islahatlara başlanmasından keçir » Ağ Xəbər
  • Rus Dili
  • Reklam
    » » AĞ Partiya başqanı Tural Abbaslı : Daha möhkəm və uzunmüddətli stabillik təcili olaraq genişmiqyaslı islahatlara başlanmasından keçir
    

    AĞ Partiya başqanı Tural Abbaslı : Daha möhkəm və uzunmüddətli stabillik təcili olaraq genişmiqyaslı islahatlara başlanmasından keçir

    28-04-2018, 16:06
    Oxunub: 34
    Şərhlər: 0
    Çap versiyası
    AĞ Partiya başqanı Tural Abbaslı :  Daha möhkəm və uzunmüddətli stabillik təcili olaraq genişmiqyaslı islahatlara başlanmasından keçir














    AĞ Partiya başqanı Tural Abbaslı bildirdi ki, qanunvericilikdə belə sərtləşdirmə siyasəti ilk hal deyil. Əgər diqqət etsək görərik ki, bu siyasət YAP hakimiyyəti dönəmində artan istiqamətdə davam edib. Bu gün də bu davam edir. Cəmi bir neçə il bundan öncə də İnzibati Xətalar Məcəlləsində dəyişiklik edərək cərimə və həbs müddətlərini 10 dəfəyə qədər artırmışdılar. Bu dəyişikliklərin ictimai asayişi və stabilliyi qorumaq üçün deyil, məhz öz iqtidarlarını qorumaq üçün edildiyinin sübutu dəyişiklik olan maddələrdə özünü açıq şəkildə göstərir: “Analiz etsək görərik ki, sərtləşdirmə ancaq insanların konstitusion hüquqları olan sərbəst toplaşmaq azadlığını və bunun müxtəlif formalarını əks etdirən maddələrdə edilib. Bu bir daha dəyişiklikdə niyyətin nə olduğunu ortalığa qoyur. Hazırda Azərbaycanda istər müxalifətin təşkilatçılığı ilə, istərsə də əhalinin özü tərəfindən kortəbii şəkildə təşkil olunan razılaşdırılmamış etiraz aksiyaları keçirilmir. Ancaq regionda daxili stabillik çox kövrəkdir. Hakimiyyət düşərgəsi də dediyim bu halları görür və analiz edir və qanunda bu istiqamətdə, belə demək mümkündürsə, preventiv, önləyici addımlar atır. Bu qanunun müzakirəyə çıxarılması vaxtını da qətiyyən təsadüfi hesab etmək olmaz. Hökumət qonşuda baş vermiş hadisələrin daxildə dəyişiklik istəyən siyasi qüvvələrdə və ən əsası narazı elektoratda yarada biləcəyi inam və ruh yüksəkliyindən sığortalanmağa çalışır”.

    T.Abbaslının fikrincə, cəzaları sərtləşdirməklə ciddi etirazların qarşısını almaq taktikası həmişə müsbət effekt vermir. Daha möhkəm və uzunmüddətli stabillik təcili olaraq genişmiqyaslı islahatlara başlanmasından keçir: “Bu islahatlar siyasi arenanı, idarəçilik institutunu, iqtisadi sahəni, təhsili, səhiyyəni və s. əhatə etməlidir. Əks təqdirdə heç bir sərt qanunlarla həqiqi dayanıqlı stabilliyə və inkişafa nail olmaq olmaz. İnsanların etiraz vasitə və imkanlarını məhdudlaşdırmaqdan və cəzaları sərtləşdirməkdənsə, etiraza səbəb olan problemlərin həllinə başlamaq lazımdır”.

    musavat.comскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.