• Rus Dili
  • Reklam
    » » 1 mayda bütün Ermənistan İrəvana toplaşacaq – Canlı
    

    1 mayda bütün Ermənistan İrəvana toplaşacaq – Canlı

    29-04-2018, 21:19
    Oxunub: 93
    Şərhlər: 0
    Çap versiyası


    Ermənistan keçirilən etiraz aksiyalarına rəhbərlik edən Nikol Paşinyan tərəfdarlarına müraciət edərək onlara tapşırıqlar verib.

    Axar.az xəbər verir ki, Feysbuk səhifəsində canlı yayımda Paşinyan Ermənistanın bütün regional mərkəzlərində görüşlər keçirəcəyini bildirib.

    Onun sözlərinə görə, bu görüşlər zamanı müəyyən problemlərin həllinə yönəlik əhəmiyyətli müzakirələr olacaq.

    Bundan sonra Nikol Paşinyan İrəvanda dinc sivil itaətsizlik tədbirlərinin bərpasına çağırıb. Bundan əlavə, paytaxtda yürüş və mitinq keçiriləcəyini elan edib.

    Nikol Paşinyanın rəhbərliyi altında İrəvanda etiraz aksiyalarına start verilib.

    Paşinyan etirazçılara yolları bağlamağı və nəqliyyatın hərəkətini iflic etməyi tapşırıb.

    Müxalif lider 19:00-da Respublika meydanında mitinqin baş tutacağını bəyan edib.

    Respublika Partiyasının 1 may seçkisində Paşinyanın vahid namizəd olacağı halda, ona maneə yaratmayacağı və baş nazir seçilməsinə dəstək olacağını, bunun qarşılığında isə aksiya iştirakçılarının İrəvanda yolları bağlamaması şərtini irəli sürməsinə rəğmən, yolların bloklanması davam edir.

    İrəvanın küçələri Paşinyanın tərəfdarları tərəfindən bloklanıb. Hazırda yürüş davam edir.

    N.Paşinyanın rəhbərliyi ilə müxalifətin paytaxt İrəvanda kütləvi mitinqi başlayıb.

    Məlumata görə, mitinqdə azyaşlılar da iştirak edir.

    Hüquq-mühafizə orqanlarının əməkdaşları mitinqi müşahidə edir.

    Mitinqdə çıxış edən Vətəndaş Müqaviləsi Partiyasının üzvü Tiqran Avinyan bildirib ki, Ermənistan vətəndaşları qalib gəldi və bu qələbə sona çatacaq.

    O deyib ki, 1 mayda böyük bayram olacaq və Ermənistanın hər yerindən İrəvana Nikol Paşinyanın baş nazir olmasını qeyd etməyə gələcəklər.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.