• Rus Dili
  • Reklam
    » » Zakir Həsənov çinli generalla danışıqlarda – FOTO
    

    Zakir Həsənov çinli generalla danışıqlarda – FOTO

    29-04-2018, 21:30
    Oxunub: 36
    Şərhlər: 0
    Çap versiyası
    Zakir Həsənov çinli generalla danışıqlarda – FOTO

    Aprelin 29-da Azərbaycan Respublikasının ьüdafiə naziri general-polkovnik Zakir Həsənov Çin Xalq Respublikası (ÇXR) Qərb zona komandanı general-polkovnik Çao Conçi ilə görüşüb.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, general-polkovnik Ç.Conçi Azərbyacan nümayəndə heyəti ilə keçirilən görüşdən məmnunluğunu ifadə edərək ikitərəfli hərbi əlaqələrin genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

    O, “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində ölkələrimizin əməkdaşlığı üçün yeni imkanların yarandığını və Azərbaycanın da bu strategiyaya verdiyi böyük dəstəyi məmnunluqla qeyd edib.

    Səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkürünü bildirən general-polkovnik Z.Həsənov Azərbaycan ilə Çin arasında dostluq münasibətlərinin dərin köklərə malik olduğunu vurğulayıb.

    Azərbaycanın müdafiə naziri Çinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyini dəstəklədiyinə görə Çin tərəfinə təşəkkürünü bildirib. General-polkovnik Z.Həsənov xüsusi qeyd edib ki, Azərbaycan da Çin Xalq Respublikasının “Vahid Çin” siyasətinə hörmətlə yanaşır, bu konsepsiyanı dəstəkləyir və beynəlxalq aləmdə ÇXR-i təmsil edən təşkilatları tanıyır.

    Dostluq və qarşılıqlı etimad şəraitində keçirilən görüşdə tərəflər hərbi, hərbi-texniki, hərbi təhsil və qarşılıqlı maraq doğuran digər sahələrdə də əməkdaşlığın inkişaf perspektivlərini ətraflı müzakirə ediblər.

    musavat.com
    скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.