“Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli Türkiyəyə qarşı seçkilər ərəfəsində xüsusi bir planın hazırlanacağını istisna etmir » Ağ Xəbər
  • Rus Dili
  • Reklam
    » » “Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli Türkiyəyə qarşı seçkilər ərəfəsində xüsusi bir planın hazırlanacağını istisna etmir
    

    “Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli Türkiyəyə qarşı seçkilər ərəfəsində xüsusi bir planın hazırlanacağını istisna etmir

    1-05-2018, 21:26
    Oxunub: 101
    Şərhlər: 0
    Çap versiyası
    “Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli Türkiyəyə qarşı seçkilər ərəfəsində xüsusi bir planın hazırlanacağını istisna etmir
    “Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli Türkiyəyə qarşı seçkilər ərəfəsində xüsusi bir planın hazırlanacağını istisna etmir: “Təbii ki, Qərb Ərdoğanın seçilməməsi üçün əlindən gələni etmək istəyəcək. Lakin istəmək hələ etmək deyil. Çünki Türkiyə əvvəlki Türkiyə deyil. Türkiyə daha güclü və müstəqildir. Terror aktları, mitinqlər kimi sınanmış üsullardan qardaş ölkəyə qarşı istifadə edilə bilər. Bundan əlavə, Suriya və İraqda Türkiyə hərbiçilərinə hücumlar da ola bilər. Yunanıstan provokasiyası da mümkündür. Türkiyəyə qarşı bütün rıçaqlar işə salına bilər. Lakin son illərdə Türkiyəyə qarşı işə salınan bütün cəhdlər boş olduğu kimi, yeni cəhdlər də boşuna olacaq. İndiki durumda Ərdoğana qarşı nə Akşenerin, nə də Kılıçdaroğlunun nəsə edə biləcəyini düşünmürəm. Ərdoğan hər ikisinə birlikdə birinci turdaca qalib gələcək. Gül, Davudoğlu planları iflasa uğrayandan sonra, ümumiyyətlə, müxalifətin şanslarının minimuma endiyi fikrindəyəm. Siyasət operativliyi sevir. Ərdoğanın ən güclü cəhətlərindən biri də onun vaxtında və yerində tərəddüd etmədən qərar vermək bacarığıdır. Növbədənkənar seçkilərin elan edilməsi düzgün qərar idi. Bu ilin ikinci yarısında dünya və regionda vacib gəlişmələr baş verə bilər. Türkiyə də yeni prezident və parlamentlə bu gəlişmələrə hazır olmalıdır”.

    musavat.comскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.