• Rus Dili
  • Reklam
    » » TÜRKİYƏDƏ SEÇKİLƏRƏ QATILAN AZƏRBAYCANLIYA BAKIDAN DƏSTƏK GƏLDİ
    

    TÜRKİYƏDƏ SEÇKİLƏRƏ QATILAN AZƏRBAYCANLIYA BAKIDAN DƏSTƏK GƏLDİ

    1-05-2018, 21:31
    Oxunub: 186
    Şərhlər: 0
    Çap versiyası
    TÜRKİYƏDƏ SEÇKİLƏRƏ QATILAN AZƏRBAYCANLIYA BAKIDAN DƏSTƏK GƏLDİ
    Türkiyədə iyunun 24-də növbədənkənar prezident və parlament seçkiləri baş tutacaq. Seçkilərdə 11 siyasi partiyanın iştirak edəcəyi deyilir. Parlament seçkisinə qatılanlar arasında Samir İsgəndəroğlu adlı bir nəfər azərbaycanlı da var. Soydaşımız hakim Ədalət və İnkişaf Partiyasından deputatlığa namizədliyini irəli sürüb.

    O, əslən Azərbaycanın Gədəbəy rayonundandır və 2010-cu ilin sonundan Türkiyədə yaşayır. 2017-ci ildən isə Ankara Gənc İş Adamları Dərnəyinin xarici əlaqələr şöbəsinin rəhbəri vəzifəsində çalışır. Samir İsgəndəroğlu Türkiyədə keçiriləcək seçkilərin əvvəlkilərdən fərqli olduğunu deyərək builki parlament seçkilərində qalib olacağını düşünür. Amma həmvətənimizin şikayət etdiyi bəzi məqamlar da var:

    "Mən deputatlığa namizədliyimi Ankara şəhərindən vermişəm. Təəssüflər olsun ki, namizəd olacağımı açıqladıqdan sonra bəzi şəxslər əleyhimə danışmağa başlayıblar. Mən onlara "bir millət, iki dövlət” prinsipini xatırlatmaq istəyirəm. Məclisdə erməni əsilli deputatlar var, amma heç kim onların əleyhinə danışmır. Əksinə, dəstək verirlər. Mən də insanlardan dəstək gözləyirəm. Namizəd olmaqda məqsədim türk dünyasının lokomativi olan Türkiyəni daha da inkişaf etdirməkdir. Nə qədər gücüm və bacarığım varsa, cənab Ərdoğanın yanında olacam və ona əlimdən gələn dəstəyi verəcəm”.

    Gənc soydaşımızın Türkiyə Böyük Millət Məclisinə düşmək arzusuna münasibət bildirən AĞ Partiya başqanı, gənc siyasətçi Tural Abbaslı "Şərq”ə deyib ki, nəinki qardaş Türkiyədə, ümumiyyətlə, azərbaycanlıların yaşadığı digər bütün ölkələrdə soydaşlarımızın siyasi aktivliyi onu sevindirir:

    "Biz belə addımları təqdirlə qarşılayır, Azərbaycanın dövlət maraqlarına tam uyğun olduğunu hesab edirik. Nəzərə alsaq ki, belə aktivlik bizim üçün çox əhəmiyyətli olan qardaş Türkiyədədir, o zaman ikiqat faydalı və sevindiricidir. Bədnam qonşularımız ermənilər istər Türkiyə, istər Rusiya, istərsə də İran parlamentlərində təmsil olunurlar. Biz isə bu sahədə təəssüf ki, geridə qalmışıq. Ona görə də Samir bəyin bu təşəbbüsünü təqdir edir və dəstəkləyirəm. Samir bəy AKP-dən deputatlığa namizədliyini irəli sürüb. İlk növbədə biz də çalışmalıyıq ki, soydaşımız hakim partiyanın namizədləri sırasına düşsün. Daha sonra isə o siyahıdan seçilməsinə dəstək olmalıyıq. Mən buradan AKP rəhbərliyinə də müraciət etmək istərdim ki, Samir bəyin namizədliyini təsdiq etsinlər”.

    T.Abbaslı bildirib ki, Türkiyə parlamentində Azərbaycan türklərinin təmsil olunması iki qardaş dövlət arasındakı münasibətlərin inkişafına xidmət edəcək:
    "Samir bəylə Ankarada qısa görüşmək imkanım olub. O zaman Samir bəy məndə Azərbaycanı və Türkiyəni eyni dərəcədə sevən, vətənpərvər və perspektivli siyasətçi təəssüratı yaratmışdı. Belə bir gənc siyasətçinin Türkiyə Məclisində təmsilçiliyi ancaq fayda verə bilər. Sizin vasitənizlə Samir bəyə uğurlar və qələbə arzulayıram”.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.