• Rus Dili
  • Reklam
    » » AĞ Partiya başqanı Tural Abbaslı: “Baxaq görək, kimin fəaliyyəti hakimiyyətin maraqlarına daha çox xidmət etdi”
    

    AĞ Partiya başqanı Tural Abbaslı: “Baxaq görək, kimin fəaliyyəti hakimiyyətin maraqlarına daha çox xidmət etdi”

    1-05-2018, 21:37
    Oxunub: 491
    Şərhlər: 0
    Çap versiyası
    AĞ Partiya başqanı Tural Abbaslı: “Baxaq görək, kimin fəaliyyəti hakimiyyətin maraqlarına daha çox xidmət etdi”
    Azərbaycan müxalifəti 11 apreldəki növbədənkənar prezident seçkilərindən sonra yenidən qeybə çəkilib. Seçkilərdən öncə əsas aparıcı qurumlardan olan Milli Şura və Müsavat Partiyası bir qədər aktivləşdilər, 3 etiraz aksiyası keçirdilər. Seçkidən sonra partiya liderləri bəyan etmişdilər ki, aktiv fəaliyyəti bundan sonra da davam etdirəcəklər. Ancaq seçkidən sonra müxalifət sanki “yoxa çıxıb”.

    Hətta belə iddialar da var ki, mitinqlər vaxtı bu cür aksiyaların hakimiyyətin xeyrinə işlədiyi barədə deyilənlər özünü doğruldub. İttihamlar bundan ibarətdir ki, sanki bu müxalif qurumlar bilərəkdən hakimiyyətə pas verdilər, aksiyalarla demokratiya görüntüsü yaratdılar.

    Digər müxalif qurumlar da yaz fəsli olmasına baxmayaraq, hələ də aktivləşməyiblər. Halbuki ötənlərdə yaz fəslini Azərbaycan müxalifəti fəaliyyət üçün uyğun zaman sayırdı, hətta “yaz hücumu” deyə bir termin də formalaşmışdı...
    AĞ Partiya başqanı Tural Abbaslı müxalifətin susqunluğuna bu cür şərh verdi: “Əslində ”seçkidən sonra qaldığımız yerdən davam edəcəyik" deyənlər elə də edirlər. Seçkidən əvvəl də real heç nə etmirdilər, elə indi də heç bir iş görməməyə davam edirlər. Yəni adamlar dediklərini edirlər. Biz AĞ Partiya olaraq siyasi arenada yaranan istənilən fürsətdən ıstifadə edib mübarizəmizi davam etdirmək əzmindəyik. Elə məhz bu prinsipimizə görə növbədənkənar prezident seçkilərində iştirak etdik. Bugünkü siyasi vəziyyəti analiz edəndə görürük ki, bu, ən doğru qərar idi. Boykot vasitəsilə guya hansısa böyük dövlətlərin bu iqtidarın legitimliyini şübhə altına alacağı barədəki xülyalar da özünü doğrultmadı. Biz əvvəlcədən də bu fikri səsləndirirdik ki, dünya dövlətlərini Azərbaycandakı demokratik vəziyyət qətiyyən maraqlandırmır. Onlar ancaq və ancaq öz maraqlarını güdürlər. Maraqları təmin olunduqca, o dövlətlər və beynəlxalq təşkilatlar mövcud iqtidarla əməkdaşlıq edəcək. Əksinə, boykot deyil, prosesdə aktiv iştirak edib mübarizə aparmaq lazım idi. Bu aspektdən də çıxış etdikdə görürük ki, AĞ Partiya bu mərhələdən olduğundan daha güclü çıxdı.
    Biz yenə qaldığımız yerdən daha güclü davam edirik. Belə ki, partiyamızın təşkilatlanma və strukturlaşma prosesini davam etdiririk. Eyni zamanda baş tuta biləcək növbədənkənar parlament seçkilərini də hesaba alaraq bu sahədə də öz işlərimizi təşkil etməyə çalışırıq. Əminəm ki, AĞ Partiya olaraq bu templə davam edə bilsək, qarşıdan gələn hər gün, hər fürsət bizi daha da güclü edəcək. Artıq Azərbaycan siyasi səhnəsində AĞ Partiya adlı perspektivli bir siyasi oyunçunun olduğunu hər kəs qəbul edib. Biz çalışacağıq ki, bu siyasi oyunçu daha güclü siyasi gücə çevrilsin və real nəticələr əldə etsin. Hansısa siyasi qüvvələrin seçkidən öncə keçirdikləri mitinqləri biz onların hüququ kimi qəbul edirik. Hər bir partiya və ya siyasi quruluş qərar vermə azadlığına sahibdir. Bu addımların məqsədəuyğunluğu və səmərəliliyi isə başqa mövzunun müzakirə mövzusudur. Biz o zaman da bu addımın hakimiyyətin maraqlarına daha çox xidmət edəcəyini bildirmişdik. Çünki, ATƏT müşahidə missiyasının Bakıda olduğu seçki dönəmində o qədər də kütləvi olmayan aksiyaların təşkili hakimiyyətə Azərbaycanda “sərbəst toplaşma” azadlığının olduğu görüntüsü verməyinə yardımçı oldu. Hətta bu mitinqlərin demokratiyanın mövcudluğunun sübutu kimi xarici nümayəndələrlə görüşdə ölkə başçısı İlham Əliyev də nümunə göstərdi. Təəccüblüsü odur ki, bizim namizədlik verməmizi seçkilərə legitimlik qazandırmaq cəhdi kimi göstərənlər bu mitinqlərin hakimiyyətin əlinə oynadığını görməməzlikdən gəldilər. O zaman belə bir sual meydana gəlir ki, kimin fəaliyyəti bu hakimiyyətin maraqlarına daha çox xidmət etdi? Seçkilər bitdikdən sonra mitinqlərin keçirilməməsini də qətiyyən təsadüfi hesab etmirəm. Ancaq, yenə qeyd edirəm ki, hər kəs öz fəaliyyətinə cavabdehdir və hər kəs də xalqdan öz fəaliyyətinin qarşılığını alacaq. Odur ki, köhnə müxalifətin addımlarını analiz etməyi özüm üçün faydalı hesab etmirəm. Hakimiyyət də, müxalifət də köhnəlib. Bu isə inkişafa mane olur. Biz öz işimizi görüb yeniliyə və inkişafa nail olmağa çalışacağıq və ümid edirəm ki, Allah bu işdə bizi müzəffər edəcək".

    musavat.comскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.