Paşinyan parlamentdən meydana gəldi: xalq coşdu - Canlı » Ağ Xəbər
  • Rus Dili
  • Reklam
    » » Paşinyan parlamentdən meydana gəldi: xalq coşdu - Canlı
    

    Paşinyan parlamentdən meydana gəldi: xalq coşdu - Canlı

    1-05-2018, 22:08
    Oxunub: 609
    Şərhlər: 0
    Çap versiyası

    Onminlərlə etirazçı müxalif lider Nikol Paşinyanın ötəngünkü müraciətinə əsasən İrəvanın Respublika meydanına toplaşıb.

    Axar.az xəbər verir ki, etirazçılar meydandakı iri monitorların qarşısına toplaşıb. Həmin monitorlarlarda parlamentdə saat 12:00-da başlanması nəzərdə tutulan baş nazir seçkisi canlı göstəriləcək.

    Hazırda meydana insan axını davam edir.

    Qeyd edək ki, bugünkü seçkidə baş nazirliyə yeganə namizəd Nikol Paşinyandır. Ötən gün onun seçiləcəyi ehtimalı yüksək olsa da, bu gün səhər saatlarında Serj Sərkisyanın başçılıq etdiyi Respublika Partiyasının parlamentdə təcili iclas keçirdiyi və baş nazir seçkisinə mane olmaq üçün plan qurduğu xəbəri yayılıb.

    N.Paşinyan isə Feysbuk üzərindən RP-nin seçkiyə mane olmaq üçün gecə fövqəladə toplantı keçirdiyini bildirib və hamını meydana səsləyib.


    Hörmətli xalqım, xahiş edirəm bizi Respublika meydanında gözləyəsiniz.

    Bu sözləri Nikol Paşinyan Feysbuk hesabında yazıb.

    Qeyd edək ki, hazırda Ermənistan parlamentində seçkiöncəsi toplantı keçirilir. Yeganə namizəd N.Paşinyandır.


    N.Paşinyanın baş nazir seçilməsinə Respublika Partiyasının maneə yaratmasından sonra Respublika meydanında aksiya davam edir. Paşinyan özü də mitinqə qoşulub.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.