• Rus Dili
  • Reklam
    » » Türk Respublikasına azərbaycanlı xanım nazir təyin olundu
    

    Türk Respublikasına azərbaycanlı xanım nazir təyin olundu

    3-05-2018, 19:36
    Oxunub: 852
    Şərhlər: 0
    Çap versiyası
    Türk Respublikasına azərbaycanlı xanım nazir təyin olundu
    Tatarıstanın mədəniyyət naziri postuna əslən azərbaycanlı olan İradə Hafiz qızı Əyyubova təyin olunub.

    Qaynarinfo xəbər verir ki, bu barədə Tatarıstanın prezidenti Rüstəm Minnixanov müvafiq sərəncam imzalayıb.

    İradə Əyyubova 13 iyul 1971-ci ildə Bakı şəhərində anadan olub, 1993-cü ildə Azərbaycan Dövlət Neft Akademiyasının Mexanika riyaziyyat fakültəsini bitirib, 2002-ci ildə isə Tatarıstanın Biznes İnstitutunda hüquqşünaslıq üzrə təhsil alıb. Ailəlidir, 1 qız övladı var.

    O, daha öncə müxtəlif vəzifələrdə çalışıb:

    1994-1998 - "Nizhnekamaskshina" şirkətində proqramlaşdırma mütəxəssisi
    2000-2004 - Kazan Sahibkarlıq Dəstək Komitəsinin sədr müavini
    2004-2005 - Kazan Administrasiyasının kadrlar şöbəsinin rəisi
    2005-2006 - Kazan Sahibkarlığa Dəstək Komitəsinin sədri
    2006-2008 - Tatarıstan İqtisadiyyat Nazirliyinin idarəetmə şöbəsinin müdiri
    2008-2011 - Tatarıstan Respublikasının mədəniyyət nazirinin müavini
    2011-2015 - Tatarıstan Respublikası mədəniyyət nazirinin birinci müavini
    2015-2016 - Tatarıstan Respublikası Nazirlər Kabineti yanında Milli Arxiv İdarəsinin rəisi
    2016-cı ilin may ayından - Tatarıstan Arxiv İşləri Komitəsinin sədri

    2014-cü ildə Tatarıstan Respublikasının əməkdar iqtisadçısı fəxri adına layiq görülüb.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.