• Rus Dili
  • Reklam
    » » AĞ Partiya Fuad Poladovun vəfatıyla bağlı başsağlığı verdi
    

    AĞ Partiya Fuad Poladovun vəfatıyla bağlı başsağlığı verdi

    6-05-2018, 09:30
    Oxunub: 151
    Şərhlər: 0
    Çap versiyası
     AĞ Partiya Fuad Poladovun vəfatıyla bağlı başsağlığı verdi

    Agxeber.com xəbər verir ki, Ağ Partiya xalq artisti Fuad Poladovun vəfatıyla bağlı başsağlığı verib

    Xalq artisti dünən Bakıda yerləşən “Qurd Qapısı” qəbiristanlığında torpağa verilib.
    Qeyd edək ki, bir çox film və tamaşalarda canlandırdığı obrazlarla özünü xalqın yaddaşına həkk edən böyük sənətkarın dəfnində incəsənət xadimləri, xalq artistləri və bir çox tanınmışlar iştirak ediblər.

    1948-ci ildə Bakıda dünyaya göz açan və sənətə ilk dəfə 1966-cı ildə çəkildiyi “İstintaq davam edir“ filmində canlandırdığı Səlim obrazı ilə tanınan Fuad Poladov, Rasim Balayevin də dediyi kimi Azərbaycan teatrının sütunlarından biri idi.
    Sənətə gəldikdən sonra həyat və fəaliyyətinin 20 ildən çoxunu Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirən aktyor əllidən çox film və tamaşalarda rol alıb.

    Onu da bildirək ki, Azərbaycan incəsənəti üçün böyük itki sayılan xalq artisti Fuad Poladov bir müddət Milli Onkologiya Mərkəzində müalicə alıb. Onun səs tellərində problem yaranıb və danışmaqda çətinlik çəkib.

    AĞ Partiya böyük sənətkar və Xalq artisti Fuad Poladovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailə üzvlərinə, pərəstişkarlarına və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.