• Rus Dili
  • Reklam
    » » Əhəd Məmmədli “Rusiya varisi SSRİ-nin yolu ilə gedir
    

    Əhəd Məmmədli “Rusiya varisi SSRİ-nin yolu ilə gedir

    9-05-2018, 22:24
    Oxunub: 502
    Şərhlər: 0
    Çap versiyası
    Əhəd Məmmədli “Rusiya varisi SSRİ-nin yolu ilə gedir
    Politoloq Əhəd Məmmədli Putinin irəlidəki 6 illik prezidentlik müddətini bu cür dəyərləndirdi: “Rusiya varisi SSRİ-nin yolu ilə gedir. SSRİ inkişafının zirvə nöqtəsinə çatdığından sonra tənəzzülə uğramağa başladı və sonucda dağıldı. Fikrimcə, indiki dövr Rusiyanın inkişafının pik nöqtəsidir. Tarixdən də bildiyiniz kimi, inkişafın pik nöqtəsindən sonra tənəzzül başlayır. Putin, sadəcə, bacardıqca bu prosesi uzadır və əsasən də bunu siyasi nəzər nöqtəsindən edir. İqtisadi, sosial baxımdan isə Rusiya geriyə gedir, sanksiyalar artdıqca bu ölkənin vəziyyəti daha da çətinləşir. Putinin gələcək 6 ili zənnimcə, onun son prezident müddətidir. Bu 6 ildə Rusiyanın Qərblə qarşıdurması davam edəcək və bu qarşıdurma davam etdikcə hər iki tərəf üçün geriyə çəkilmə daha çətin olacaq. Soyuq müharibədə olduğu kimi bu qarşıdurmanın mütləq qalibi və məğlubu olacaq. Çox güman ki, məğlub varisi SSRİ kimi Rusiya olacaq. Putinin növbəti 6 ili dünya və region üçün yenə qarşıdurma və müharibələr vəd edir. Amma Azərbaycan üçün bu 6 il faydalı ola bilər, əgər Rusiya ilə Ermənistan qarşı-qarşıya gəlsə. Məncə, indi də bu yöndə Azərbaycan diplomatiyası işləyib, Putini inandırmağa çalışmalıdır ki, Azərbaycan Ermənistandan Rusiyaya daha yaxın ola bilər.Bunu Azərbaycan hökuməti bacarsa, Qarabağı azad etmək üçün yaxşı imkanlarımız yaranacaq. Putinin səhhətində problemlər olmasa, onun 6 ildə prezident olacağına inanıram. Düzdür, Qərblə qarşıdurma dərinləşsə, sanksiyalar artsa, Putinə asan olmayacaq, amma unutmayaq ki, Rusiyada sabit bir nüvə elektoratı var və bu elektorat sona qədər indiki rejimin arxasında duracaq. Üstəlik, Rusiya üçün ac və imperiya olmaq həmişə tox respublika olmaqdan üstün olub. Mən Rusiyada kardinal dəyişiklikləri post-Putin dövründən sonra gözləyirəm. Və bu dövrün də çox uzaqlarda olmadığı qənaətindəyəm”.

    musavat.comскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.