• Rus Dili
  • Reklam
    » » AĞ Partiya başqanı Tural Abbaslı : AĞ Partiyanın yeni siyasi aktyor kimi siyasi arenadakı çəkisi kifayət qədər artacaq
    

    AĞ Partiya başqanı Tural Abbaslı : AĞ Partiyanın yeni siyasi aktyor kimi siyasi arenadakı çəkisi kifayət qədər artacaq

    9-05-2018, 22:33
    Oxunub: 476
    Şərhlər: 0
    Çap versiyası
    AĞ Partiya başqanı Tural Abbaslı : AĞ Partiyanın yeni siyasi aktyor kimi siyasi arenadakı çəkisi kifayət qədər artacaq
    AĞ Partiya başqanı Tural Abbaslı isə bildirdi ki, iş planlarını fəsillərə uyğun deyil, partiyanın hədəflərinə uyğun qurmağa çalışırlar: “Yəni bizim yay aylarında görəcəyimiz işlər artıq əvvəlcədən müəyyənləşdirdiyimiz işlərdir. Bu aylarda biz yenə partiyanın təşkilatlanması istiqamətində işləri davam etdirəcəyik, eyni zamanda AĞ Partiyanın cəmiyyətə təqdimatı və PR məsələləri istiqamətində də işlərimizi intensivləşdirmək niyyətindəyik. Biz onu da nəzərə alırıq ki, siyasi arenada növbədənkənar parlament seçkiləri mövzusu da gündəmdədir və bu prosesə də hazırlıq işləri yürüdəcəyik. Ola bilsin bu hakimiyyət növbədənkənar parlament seçkiləri keçirməsin, ancaq parlamentə boşalan 6 yer üçün seçki keçirilməsi şərtdir. Biz AĞ Partiya olaraq burada da tam gücünüzlə iştirak etmək niyyətindəyik. Bütün bu sadaladıqlarımı nəzərə alanda deyə bilərəm ki, yay ayları da bizim üçün çox aktiv fəaliyyət dönəmi olacaq. Həmçinin digər müxalif partiyalarla da əməkdaşlıq istiqamətində bəzi addımlar atırıq və partiyamızın daxili və xarici əlaqələrini gücləndirməklə məşğuluq. Güman edirəm ki, nəzərdə tutduğumuz planları həyata keçirə bilsək, AĞ Partiyanın yeni siyasi aktyor kimi siyasi arenadakı çəkisi kifayət qədər artacaq”.

    musavat.comскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.