• Rus Dili
  • Reklam
    » » Nyu-Yorkun prokuroru seks oyunlarında iştirak etdiyi açıqladı
    

    Nyu-Yorkun prokuroru seks oyunlarında iştirak etdiyi açıqladı

    10-05-2018, 00:49
    Oxunub: 263
    Şərhlər: 0
    Çap versiyası
    Nyu-Yorkun prokuroru seks oyunlarında iştirak etdiyi açıqladı
    Ancaq o, heç bir qadını döymədiyini deyir: "Qarşı tərəfin razılığı olmadan intim münasibətlərdə olmamışam"
    Bu həftənin 1-ci günü Nyu-York ştatının prokuroru Erik Şneyderman öz vəzifəsindən istefa verib.


    Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Şneyderman bu qərara 4 qadının onu zorakılıq əməlində ittiham etməsindən sonra gəlib.

    E.Şneydermanın bu cür ittiham səbəbilə istefa verməsi hər kəs üçün gözlənilməz olub. Çünki ştatın prokuroru qadınlara münasibətdə seksual sataşmalar əleyhinə sosial şəbəkələrdə #MeToo həştəgi ilə başladılan kampaniyanın ən aktiv iştirakaçılarından biri sayılırdı. Bu ilin fevral ayında o, Hollivudun ən qalmaqallı prodüseri Harvi Vaynşteyni və onun “Weinstein Co” şirkətini seksual sataşmalar əleyhinə Nyu-York ştatının qanunlarını pozduğu üçün məhkəməyə vermişdi.

    Prokurorun özünə qarşı bu ittihamlar isə “The New Yorker” qəzetində peyda olub. Şneydermanın müxtəlif vaxtlarda əlaqədə olduğu 4 qadın onun onları sərxoş vəziyyətdə döydüyünü iddia ediblər.

    Məsələn, 2015-2016-cı illərdə prokurorla eşq yaşadığını söyləyən yazıçı, aktrisa və prodüser Tanya Selvaratnam Şneydermanın onu həmişə əzişdirdiyini, lakin “ağzını yummaması halında başına oyunlar gələ biləcəyi” ilə hədələdiyini bildirib.
    Nyu-Yorkun prokuroru seks oyunlarında iştirak etdiyi açıqladı
    Demokrat partiyasının da üzvü sayılan Şneydermanın özü qadınlara əl qaldırması ilə bağlı ittihamları rədd edir. Lakin, necə deyərlər, onun üzrü qəbahətindən betər olub: “İntim münasibətlərdə olarkən mən bəzi oyunlarda iştirak etmişəm. Lakin heç kimə hücum etməmişəm. Bundan başqa, qarşı tərəfin razılığı olmadan intim münasibətlərdə olmamışam. Mənim üçün bu heç vaxt keçə bilməyəcəyim xətt olub”.

    Maraqlıdır ki, Şneydermanın müdafiəsinə onun keçmiş arvadı Cennifer Kanninqem qalxıb: “Mən 35 il ərzində Erikin simasında gözəl ər, ata və dost tanımışam. Heç vaxt bu ittihamların həqiqət olduğuna inana bilmərəm”, - xanım Kaninqem bildirib.

    Hər halda Nyu-York ştatının qubernatoru Endryu Kuomo artıq “ləyaqətli” prokurorun axtarışına başladığını bəyan edib. Kuomo özü Şneydermandan öncə eyni postu tutub. 2010-cu ildə isə 62%-lik səslə ştatın qubernatoru seçilib.

    Elə həmin seçklərin özü də seksual qalmaqallarla daha çox yadda qalıb.

    2008-ci ildə əvvəlki qubernator Eliot Spitser də eyni ittihmalarla üzləşib. Ən qəribəsi də budur ki, Spitser də qubernatoruluqdan qabaq ştatın prokuroru vəzifəsini tutub. Spitserin prokuror olan vaxt elit fahişəxanalardan birinin daimi müştərilərindən biri olduğu ortaya çxıb.
    Nyu-Yorkun prokuroru seks oyunlarında iştirak etdiyi açıqladı
    Spitserin istefası Demokrat parityası üçün əsl zərbə effekti veribmiş. Çünki partiyanın ən perspektivli siyasətçilərindən sayılan başbəlalı prokuror-qubernator partiyanın hətta Ağ Evə ən real namizədlərindən sayılırdı.

    Spitser həm də maliyyə cinayətkarlığı ilə ən mübariz prokurorlardan sayılırdı. Onun hər bir işi ABŞ-da əsl sensasiyaya çevrilib. Bunlardan “AİGroup” nəhəng sığorta şirkətinin və Nyu York fond birjasının üst idarəçilərinə qarşı qaldırdığı işləri nümunə göstərmək olar. Spitserin ən hay-küylü təhqiqatı isə dünyanın energji nəhənglərindən sayılan “Enron”la bağlı olub.

    Nəticədə “Enron” iflas edib, onun rəhbərliyi isə uzun müddətli həbs cəzası alıb.
    скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.