• Rus Dili
  • Reklam
    » » AĞ Partiya başqanı Tural Abbaslı : Mən AĞ partiya adından bəyan edirəm ki...
    

    AĞ Partiya başqanı Tural Abbaslı : Mən AĞ partiya adından bəyan edirəm ki...

    15-05-2018, 23:05
    Oxunub: 652
    Şərhlər: 0
    Çap versiyası
    AĞ Partiya başqanı Tural Abbaslı : Mən AĞ partiya adından bəyan edirəm ki...
    AĞ Partiya başqanı Tural Abbaslı : Dünən ABŞ BMT-nin bütün dünya müsəlmanları üçün xüsusi bir önəmə sahib olduğu Qüds barədəki qərarı başda olmaqla, bütün beynəlxalq hüquq normalarını ayaqlayaraq səfirliyini bu şəhərə köçürdü. İsrail dövləti isə beynəlxalq hüquq normalarına zidd olan bu addıma etiraz edən əliyalın fələstinli müsəlmanlara qarşı qətliam törətdi. Ən yaxşı halda silahı daş-kəsək olan dinc etirazçılara qarşı odlu silah işlədildi və nəticədə 59 dinc insan şəhid oldu, 3 minə yaxını isə yaralandı. "Güclüyəmsə haqqlıyam" kimi cəngəllik qanununa istinad edərək siyasət yürüdən ABŞ-a arxalanaraq özünü dünyanın ərköyün uşağı kimi aparan İsrail isə unutmamalıdır ki, zamanında bu prinsiplərə Hitler Almaniyası da istinad edirdi. O zaman dünya bunun qarşısını almasaydı nəticələrin necə olacağı heç kimə sirr deyil.Zamanında zülmə və genosidə məruz qalmış bir xalqın özünü bu gün o dönəmdəki qatillər kimi aparması qətiyyən anlaşılan deyil. Ümid etmək istəyirəm ki, ABŞ-ın bu məsuliyyətsiz addımına və İsrailin bu zalım qətliamına qarşı dünya birliyi sakit qalmayacaq. Unudulmamalıdır ki, bu gün heç bir beynəlxalq hüquq normalarına məhəl qoymayan ABŞ İsrail və Fələstin arasındakı konfliktdə vasitəçi dövlətlərdən biri idi. Bu gün eyni ABŞ həm də Qarabağ konfliktində də Minsk qrupunun həmsədri kimi vasitəçidir. O zaman kim bizə qaranti verə bilər ki, ABŞ sabah burada da Ermənistanın maraqlarına xidmət edəcək qərəzli mövqe tutmayacaq.
    Mən AĞ partiya adından bəyan edirəm ki, biz ABŞ-ın dünya barışına xələl gətirən bu məsuliyyətsiz addımını, İsraili isə tətbiq etdiyi qeyri adekvat gücə, axıtdığı haqqsız qanlara və törətdiyi qətliama görə şiddətlə qınayırıq. Hesab edirik ki, təcili olaraq BMT nəzdində müstəqil araşdırma komissiyası yaradılmalı və bu qətlimda günahkar olanlar aşkarlanmalı və beynəlxalq məhkəmə qarşında cavab vermələri təmin olunmalıdır. Həmçinin Azərbaycan hökuməti də bu məsələdə konkret mövqe sərgiləyərək haqqın və ədalətin bərpası uğrunda üzərinə düşənləri icra etməlidir.
    Sonda uca ALLAHdan bu qətliamda şəhid olanlara rəhmət, yaralılara şəfa diləyirik. Eyni zamanda müsəlman qardaşlarımız olan Fələstin xalqına da səbr diləyərək, haqqlı savaşlarında hər zaman yanlarında olduğumuzu bəyan edirik.

    Agxeber.comскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.