• Rus Dili
  • Reklam
    » » Ermənistan baş nazirinin iqamətgahı qarşısında etiraz aksiyası keçirilir
    

    Ermənistan baş nazirinin iqamətgahı qarşısında etiraz aksiyası keçirilir

    16-05-2018, 15:55
    Oxunub: 37
    Şərhlər: 0
    Çap versiyası
    Ermənistan baş nazirinin iqamətgahı qarşısında etiraz aksiyası keçirilir Ermənistan paytaxtı Yerevanda baş nazir Nikol Paşinyanın iqamətgahı qarşısında etiraz aksiyası keçirilir.

    "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, administrasiyaya girişin qarşısında kütləvi istefalara səbəb olan optimallaşdırma prosesinin ləğvini tələb edən hərbi komissarlıqların əməkdaşları etiraz edirlər.

    Baqramyan prospektini taksi sürücüləri qismən bağlayıb. Sürücülərdən biri jurnalistlərə deyib ki, etirazçılar lisenziyalaşdırma prosesinin qaydaya salınmasını, yol hərəkəti qaydalarının pozulmasına görə olan cərimələr üzrə borcların silinməsini, paytaxtda parklamaya görə ödəmənin ləğv edilməsini tələb edirlər.

    Avtomobil idxalçılarının nümayəndələri də baş nazirin iqamətgahının qarşısına toplaşıb və gömrük rəsmiləşdirilməsi müddətinin hazırda qüvvədə olan 10 gündən artıq olmasını tələb ediblər.

    Etirazçıların hamısı baş nazirin nümayəndələri ilə görüş tələb edirlər.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.