• Rus Dili
  • Reklam
    » » Əhəd Məmmədli : Artıq dünya 19-cu əsrdəki vəziyyətə qayıdıb - SİYASİ ŞƏRH
    

    Əhəd Məmmədli : Artıq dünya 19-cu əsrdəki vəziyyətə qayıdıb - SİYASİ ŞƏRH

    7-06-2018, 17:39
    Oxunub: 198
    Şərhlər: 0
    Çap versiyası
    Əhəd Məmmədli : Artıq dünya 19-cu əsrdəki vəziyyətə qayıdıb - SİYASİ ŞƏRH
    "Donald Tramp biznesmendir və o, siyasətə biznesdən gəlib. Ona görə də hər şeyi pul ilə ölçür. Tramp artıq iş müddətinin yarısını başa vurub, amma Amerika Birləşmiş Ştatlarının (ABŞ) iqtisadi nəticələri göz önündədir. İnsanların sosial vəziyyəti xeyli yaxşılaşıb, iqtisadi baxımdan Amerika irəliləyib”. Bu sözləri Xeberle.com-a açıqlamasında politoloq Əhəd Məmmədli Almaniya kansleri Angela Merkelin ABŞ prezidenti Donald Tramp haqqındakı çıxışına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, dünya iqtisadiyyatı dollardan asılıdır və Tramp bir prezident kimi çox uğurlu şəkildə bu asılılıqdan istifadə edir: "Amerika xalqı üçün əsas olan iqtisadi və sosial vəziyyətdir. Avropada, Suriyada və ya Rusiyada baş verənlər hazırda onlar üçün o qədər də maraqlı deyil. Tramp deyir ruslardan qorunmaq istəyisinizsə, siz də NATO-ya pul xərcləyin. Avropa, ümumiyyətlə dünya iqtisadiyyatı dollardan asılıdır və Tramp bir prezident kimi çox uğurlu şəkildə bu asılılıqdan istifadə edir. O ki, qaldı qarşıdurmalar məsələsinə, artıq Avropa ilə Amerika arasında qarşıdurmalar var. Məsələn, Böyük Britaniya dünyada ABŞ-ın ən yaxın müttəfiqidir. Amma buna baxmayaraq, bu iki ölkə arasında belə narazılıqlar meydana gəlib. Həmçinin Amerika İran ilə müqaviləni pozdu, amma Böyük Britaniya İranla neft istehsalı ilə bağlı razılığa gəldi. Artıq dünya 19-cu əsrdəki vəziyyətə qayıdıb. Böyük Britaniya, Avropa Birliyi (əsasən də Fransa və Almaniya ilə birgə), ABŞ öz maraqlarından çıxış etməyə başlayıb. Amerika ilə Avropa, İngiltərə ilə Amerika, Avropa Birliyi arasında bu qarşıdurmalar getdikcə gərginləşəcək. Dünya çoxqütblülüyə gedir. Ola bilsin ki, bu qarşıdurmalar gələcəkdə daha da dərinləşsin və Fransa ilə Almaniya Rusiyaya yönəlmiş sanksiyalardan çıxsın. Amma hazırda bu niyə gözlənilmir? Çünki dünya iqtisadiyyatı dollardan və hələ də Avropa Rusiya koalisiyası qarşısında Amerika ordusundan asılıdır. Ona görə ki, NATO-nun əsas özəyi Amerika ordusudur. Bu səbəbdən də mən düşünmürəm ki, Fransa prezidenti Emmanuel Makron və ya Almaniya kansleri Angela Merkel D.Trampla açıq müstəvidə qarşıdurmaya getsin. Çünki bu, hazırda onların maraqlarına uyğun deyil”.
    Qeyd edək ki, Almaniya kansleri Angela Merkel öz çıxışında Avropan Birliyi ölkələrini Donald Trampın dünya nizamını dəyişmək cəhdlərinə qarşı mübarizəyə səsləyib.
    Elnarə Salamova
    Xeberle.comскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.