• Rus Dili
  • Reklam
    » » Əhəd Məmmədli : Putin Rusiyanı bu ölkəyə icarəyə verir
    

    Əhəd Məmmədli : Putin Rusiyanı bu ölkəyə icarəyə verir

    11-06-2018, 15:16
    Oxunub: 127
    Şərhlər: 0
    Çap versiyası
    Əhəd Məmmədli : Putin Rusiyanı bu ölkəyə icarəyə verir
    2000-ci ildən bu yana Putin Çinə 19 dəfə səfər edib.

    Axar.az xəbər verir ki, bu sözləri politoloq Əhəd Məmmədli Putinin Çinə səfərini şərh edərkən qeyd edib. O bildirib ki, Çinlə Rusiya arasında iqtisadi əməkdaşlıq 100 milyard ABŞ dolları həcmindədir:

    "Çin Rusiyanın ən böyük iqtisadi partnyorudur. Rus dövlət telekanalları Putinin Çinə səfəri barədə pafoslu verilişlər verirlər, çinlilərin səmimiyyətindən, Putinin Çində yüksək populyarlığından danışırlar. Təbii, bu hamısı daxilə, rus obıvatelinə hesablanmış təbliğatdır. Bütün bunlar Qərblə qarşıdurma ərəfəsi, Çinlə əməkdaşlıq, dostluq mənzərəsinin qurulmasına hesablanıb".

    Politoloq vurğulayıb ki, Qərblə üz-üzə gəldikcə Rusiya Çinin qucağına daha sıx düşür:

    "Vaxtı ilə dünyanın hökmranı olan Osmanlı imperiyası özündən asılı olan Fransa ilə kapitulyant iqtisadi-ticarət əlaqələri qurdu. Türkiyə fransız tacirlərinə öz çoxsaylı limanlarına xüsusi buraxılış şəkilində ticarət etmək imkanı yaratdı. Bu qərarla Türkiyə Fransaya, digər dövlətlərdən fərqli, öz imperiyasında rahat imkanlar yaratdı. Tarix göstərdi ki, bu, Osmanlının səhv qərarı idi... SSRİ dağılandan sonra da Çin Rusiyanın ucu-bucağı görünməyən ərazilərində öz kaloniyalarını qurmaqdadır. Rus dövlətçiliyinin xilaskarı sayılan Putin Sibirdə, Uzaq Şərqdə Çinə min hektarlarla ərazini icarəyə verib. Rusiyada artıq həyəcan təbili çalınmaqdadır. Amma əbəs yerə, Putin Rusiyanı Çinə icarəyə verməkdə israrlıdır. Rusiya Çin qarşısında siyasi baxımdan olmasa da, artıq iqtisadi baxımdan kapitulyasiyasını elan edib. Hiyləgər çin əjdahası kobud rus ayısını gülə-gülə öz tələsinə salmaqdadır".скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.