• Rus Dili
  • Reklam
    » » Ərdoğan Obamanı necə pis vəziyyətdə qoyub? – ABŞ-ın sabiq milli təhlükəsizlik müşaviri o hadisə haqda yazdı
    

    Ərdoğan Obamanı necə pis vəziyyətdə qoyub? – ABŞ-ın sabiq milli təhlükəsizlik müşaviri o hadisə haqda yazdı

    11-06-2018, 17:34
    Oxunub: 128
    Şərhlər: 0
    Çap versiyası
    Ərdoğan Obamanı necə pis vəziyyətdə qoyub? – ABŞ-ın sabiq milli təhlükəsizlik müşaviri o hadisə haqda yazdı
    Sabiq ABŞ prezidenti Barak Obamanın ikitərəfli görüşlərinin hamısında iştirak edən sabiq milli təhlükəsizlik müşaviri Ben Rods "Olduğu kimi dünya” kitabında keçmişdə Obama və Ərdoğan arasında baş verən çox təsirli dialoq haqda yazıb.

    Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, kitabda bəhs edilənlərə görə, 2011-ci ildə BMT-də danışıqlar zamanı Ərdoğan Obamanı çox çətin vəziyyətdə qoyub.

    2011-ci ildə Ərdoğanla görüşən Obamanın gündəmində Fələstin məsələsi vardı. Ərdoğan Obamanın 1 ildə necə 180 dərəcə döndüyünü deyib. Ben Rodsun yazdığına görə, Ərdoğan Obama ilə görüş zamanı bığaltı gülərək, Obamanın BMT Baş Assambleyasındakı nitqindən Fələstin hissəsini oxuyub.

    "Ərdoğan məsələləri detallı şəkildə müzakirə etməyi sevirdi. Obama fələstinlilərin BMT vasitəsilə müdafiə oluna bilməyəcəyini irəli sürdü. "İsraillə müzakirə aparılmalıdır”? deyərək Cənubi Sudanı nümunə göstərdi.

    Bu sözlərdən sonra Ərdoğandan Obamanı küncə dirəyən sual gəldi. Ərdoğan "Cənubi Sudan üçün Şimala uzun illər boyu sanksiya tətbiq olunması lazım oldu. Eyni şeyi İsrail üçün də təklif edirsənmi?”? deyə soruşanda Obama donub qaldı".

    Ərdoğana cavab verə bilməyən Obama daha sonra reaksiyasını Ben Rodsa "Ərdoğanla mübahisə etməkdən nifrət edirəm”, deyərək bildirib.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.