• Rus Dili
  • Reklam
    » » Erbakanın partiyasının ideoloji rəqiblərinin ittifaqında yer alması çox üzücüdür
    

    Erbakanın partiyasının ideoloji rəqiblərinin ittifaqında yer alması çox üzücüdür

    22-06-2018, 17:51
    Oxunub: 422
    Şərhlər: 0
    Çap versiyası
    Erbakanın partiyasının ideoloji rəqiblərinin ittifaqında yer alması çox üzücüdür
    Son zamanlar Türkiyədə baş verən siyasi proseslər dünya mediaasının gündəmində yer almaqdadır. Xüsusən də bu siyasi prosesdə diqqəti cəlb edən Saadət partiyasının öz ideoloji rəqibləriylə qurduğu koalisiyadır. İllər boyu CHP zehniyyətinə qarşı mübarizə aparan Nəcməddin Ərbakan hocanın varislərinin bu cür addım atmaları, əslində bu dahi şəxsin qoyduğu və yürütdüyü siyasət anlayışına və proqramına qarşı bir xəyanətdir. Bəlkə bu “islamçılar” CHP-nin millətə qarşı törətdiyi cinayətləri unutmuşlar?! Demokratiya iddiaları irəli sürən lakin demokratiya dəyərlərinə zidd hərəkət edən və məqsədləri din düşmənliyi etmək olan bir siyasi qurumla, son 15 ildə Türkiyəni dünyanın 6 böyük iqtisadiyyatı səvəyyəsinə çıxaran, dövləti borcdan qurtaran və Türkiyəni dünya miqyasında önəmli bir oyunçu təbəqəsinə yüksəldən iqtidara qarşı bu cür hərəkət etmək əslində saadətçilərin idarə etmə heyətində ciddi dəyişiklərin olmasına dəlalət edir. Bəlkə saadətçilər CHP, HDP, İYİ partiyaların gələcəkdə onlara yol açacaqlarınımı zənn edirlər?!

    İllər öncə Osmanlıda “şəriət istəmirik” şüarlarıyla küçələrə çıxan insanların ümidi demokratiya və daha firavan həyat idi. Lakin Osmanlının yıxılması bütün dünya müsəlmanlarına böyük bir zərbə oldu. Dövlət demək olar ki, bir əsr dirçələ bilmədi, çünki demokratiya sadəcə bir pərdə idi. Bu ad altında neçə-neçə insanlar qətlə yetirildi və dini və milli dəyərlərə təcavüz olundu. İndi də demokratiya adı altında Osmanlı dövlətini yıxanların nəvələri yenə də hərəkətə keçiblər. Niyə? Çünki onların ağalarına güclü Türkiyə lazım deyil.

    İllər öncə yerli avtomobil, təyyarə mühərriki və neçə bu cür projelere son qoyan “inkişaf” partiyası CHP, bu gün də imperialist güclərin əmrlərini yerinə yetirməkdədir. Ərbakanın 40 illik bir partiyasının da bu səflərdə yer alması çox üzücüdür və bu partiya üzvləri tutduqları yolu bir daha nəzərdən keçirməlidirlər. Millətinin firavanlığını və inkişafını arzu edən, dövlətini xarici güclərin təsirindən azad etmək istəyən və tarixinə səmimiyyətlə hörmət edən bir siyasi hərəkat, bu cür addım ata bilməz. Çünki iqtidar xarici siyasətdə buraxdığı səhvlərə rəğmən, bu 15 ildə öz millətinə və dövlətinə sadiq olduğunu yetərincə sübut etmişdir və bunu görməyənlər həqiqi mənada naşükürdürlər.

    Bir mühüm məqam da dövlət başına keçənin həqiqi mənada lider olmasıdır. Bu gün, Ərdoğanın siyasi arenada göstərdiyi məharəti, Türkiyə müxalifətində yer alan idarəçi heyətindən heç kim təkrar edə bilməz. Çünki Türkiyədə mövcud olan müxalifət qərbdən çəkinir, bu da onların Ərdoğanın yürütdüyü sərt siyasətinə qarşı çıxmalarından bəlli olur. Lakin bu sərtlik Türkiyəni siyasi arenada sayılan bir qüvvəyə çevirdi və gələcəkdə “İpək yolu” proyektində yer qazanmaq ehtimalını olduqca yüksəltdi. Bu da Türkiyənin gələcəyini təmin edən amillərdən biridir.

    Yekun olaraq onu qeyd etmək istərdim ki, Saadət partiyasının bu qərarı əslində AK partiyaya və bəlkə də şəxsən Ərdoğana bir növ qiasas kimi görünür. Bu nəticəyə məni gətirən, Təməl Qaramollaoğlunun və digər Saadət partiyası idarəçilərinin dəfələrlə Ərdoğanı onlarla hesablaşmamada ittiham etmələridir. Bəlkə də bunda həqiqət vardır amma bu problemin bu yolla çözülməsinidə zənn etmək bir növ sadəlöhvülükdür və xətadır. Çünki Ərdoğan bu seçkilərdə yenilsə və gələcəkdə AK parti iqtidardan getsə belə, bu koalisiyadan iqtidara gələnlər Saadət partiyasına qarşı daha şiddətli davranacaqlar. Çünki artıq onların ağaları Nəcməddin Ərbakan hocanın heç bir varisinin bu dövlətdə faəliyyət göstərməsinə izin verməyəcək. Bunu da anlamaq üçün gözləri kor edən qisas şəhvətindən qurtulmaq gərəkdir. Bir milli siyasi partiyanın əsas məqsədi, millətin düşmən təcavüzünə qarşı birləşməsi, dövləti gücləndirmək və vassallıqdan qurtarmaqdır. Türkiyə cumhurriyyətinin də bu gün bu iqtidarla bunu etməyə tam şansı vardır. Lakin bu dirçəlişin bütün İslam aləminin dirçəlişlə nəticələnə bilcəyini bilən qüvvələr təbii ki, buna əngəl olmağa çalışacaqlar. Bir islamçı partiyası buna qarşı niyə çıxsın ki?!


    Yazar: Fərid Vəlibəyov Ağ Partiyanın üzvüскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.