• Rus Dili
  • Reklam
    » » Müdafiə Nazirliyi Ermənistan polisinin Qarabağa gətirilməsinə reaksiya verdi
    

    Müdafiə Nazirliyi Ermənistan polisinin Qarabağa gətirilməsinə reaksiya verdi

    3-07-2018, 15:10
    Oxunub: 131
    Şərhlər: 0
    Çap versiyası
    Müdafiə Nazirliyi Ermənistan polisinin Qarabağa gətirilməsinə reaksiya verdi
    Polkovnik Vaqif Dərgahlı: “Ali Baş Komandanın əmr verəcəyi halda, Qarabağda Ermənistanın hansı qüvvələrinin yerləşdirilməsinin heç bir əhəmiyyəti olmayacaq”

    Ermənistanın baş naziri Nikol Paşinyan daxili qoşun hissələrinin işğal altındakı Azərbaycan ərazilərində xidmət keçməsi barədə qərar verib. İşğalçı ölkənin hökumətinin qərarını açıqlayan Ermənistanın polis rəisi Valeriy Osipyan deyib ki, artıq Müdafiə Nazirliyindən aldığı təkliflə razılaşıb.

    Qərara əsasən, 15 avqustda Ermənistanın daxili qoşunları Qarabağa göndəriləcək və onlar 15 gün ərzində, rotasiya qaydasında burada xidmət keçəcəklər.

    Azərbaycan Müdafiə Nazirliyinin məsələyə reaksiyası gecikməyib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı musavat.com-un sorğusuna cavab olaraq bunları bildirdi: “Müdafiə Nazirliyi dəfələrlə bunu bəyan edib, biz bir daha təsdiqini gördük. Ermənistanda demoqrafik vəziyyət o həddədir ki, işğalçı ölkənin səngərlərə çıxartmağa hərbi qulluqçuları çatmır. Əvvəllər olduğu kimi, mülki əhalini, qocaları səngərlərə çıxarırlar. İndi də belə bir qərar veriblər, səngərləri doldurmaq üçün daxili qoşunların nümayəndələrini işğal olunmuş ərazilərə göndərirlər. Fakt budur ki, Ermənistanda demoqrafik, iqtisadi vəziyyət ağırdır, silah-sursat çatışmazlığı hökm sürür. Biz dəfələrlə bəyan etmişik, beynəlxalq təşkilatlara da bildirmişik ki, Ermənistan işğalçıdır. Ermənistan növbəti dəfə öz simasını bu şəkildə göstərdi, işğalçı dövlət olduğunu açıq-aşkar bir daha nümayiş etdirdi”.

    MN rəsmisi Ermənistanın bu yolla Azərbaycanda keçirilən hərbi təlimlərə, müharibə hazırlıqlarına “cavab” vermək cəhdini mənasız saydı: “Biz bəyan etmişik, hərbi təlimlərimiz müəyyən olunmuş vaxtda və istiqamətdə, plan üzrə davam etdirilir”.

    V.Dərgahlı qeyd etdi ki, Ali Baş Komandanın əmr verəcəyi halda, Qarabağda Ermənistanın hansı qüvvələrinin yerləşdirilməsinin heç bir əhəmiyyəti olmayacaq.

    musavat.comскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.