• Rus Dili
  • Reklam
    » » Elektrik verilişinin dayanması ictimai nəqliyyatda xaos yaradıb
    

    Elektrik verilişinin dayanması ictimai nəqliyyatda xaos yaradıb

    3-07-2018, 22:50
    Oxunub: 87
    Şərhlər: 0
    Çap versiyası
    Elektrik verilişinin dayanması ictimai nəqliyyatda xaos yaradıb
    Bakının və ölkənin enerji təchizatından yenidən problem yarandıqdan sonra ictimai nəqliyyatda xaos yaşanır. "Bakı Metropolitenin" mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov musavat.com-a bildirib ki, sərnişinlərin təxliyəsi işləri tamamilə yekunlaşıb. Onun sözlərinə görə, hazırda tunellərə son baxış keçirilir.

    Müşahidə etdik ki, qatarların hərəkəti dayandıqdan sonra metro çıxışlarında ambulans, post patrul maşınları dayandı. Təxliyə olunmuş sərnişinlərdən özünü pis hiss edənlərə yerindəcə ilkin yardım göstərilirdi. Sərnişinlərdən öyrəndik ki, təxliyə prosesində xeyli əziyyət çəkiblər:
    "Uşaq, qoca bildiyiniz hər kəs çətin vəziyyətdə qalmışdı. Tunellərə metronun işçiləri bizə yol göstərirdi. Biz də telefon işığı ilə stansiyalara hərəkət edirdik. Həmin an çox dəhşətli idi. Uşaqların, qadınların həyacanlı səsləri tuneli bürümüşdü. Su yox, nəfəs almaq çətin idi", deyə təxliyə edilən sərnişinlər bildirdilər.

    Eləcə də bir sıra obyektlər də çətin anlar yaşayıb. Məsələn, metronun Qara Qarayev stansiyası yaxınlığında yerləşən 'Bravo" mağazasında işıqları söndüyü üçün çətin hal yaranıb. Mağazanın rəhbərliyi soyuducunu avtomobil gətirib, xarab olma təhlükəsi olan məhsullarını həmin maşına yükləyirdilər.

    Yuxarıda qeyd etdiyimiz kimi ictimai nəqliyyatda da xaos yaşanır. Belə ki, metro işləmədiyi üçün sərnişinlər avtobuslardan və taksilərdə istifadə edirlər. Bu isə yollarda avtomobil və sərnişin sıxlığının yaranmasına səbəb olub. Yollarda gərgin vəziyyət hələ də davam edir.
    Elektrikin kəsilməsindən sonra Bakıda əksər yerlərdə su verilişi də dayanıb. Eləcə də internet provayderlərinin fəaliyyətində problem yaranıb. Qeyd etdiyimiz problemlər də hələ ki, Bakının əksər yerlərində davam edir.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.