• Rus Dili
  • Reklam
    » » Ermənilər Azərbaycan türklərinin qəbirlərini təhqir etdi - Video
    

    Ermənilər Azərbaycan türklərinin qəbirlərini təhqir etdi - Video

    7-07-2018, 00:31
    Oxunub: 88
    Şərhlər: 0
    Çap versiyası

    İşğal altında olan torpaqlarımızdakı azərbaycanlıların qəbirlərinə qarşı növbəti dəfə vandalizm aktı törədilib. Üstəlik, ermənilər bu vəhşiliklərinin fotolarını internetdə yayıblar. Şəkildəki qəbirlərin sahibləri, hazırda məcburi köçkün həyatı yaşayan vəliyevlər ailəsi bu görüntülərdən böyük sarsıntı keçiriblər.

    Bu erməni işğal altında olan torpaqlarımızdakı azərbaycanlıların qəbirlərinə qarşı hörmətsizlik edir, başdaşlarını təpiklə aşırmağa çalışır.

    Hələ bu azmış kimi törətdiyi vəhşiliyi fotolentə köçürüb sosial şəbəkələrdə paylaşıb.

    Bu görüntülər sosial şəbələrdə yayıldıqdan sonra təhqirə məruz qalan qəbirlərdən biri Füzuli rayonu Qərvənd kənd sakinləri tərəfindən tanınıb. Sakinlər kəndlərindəki qəbiristanın böyük olduğunu, ancaq əksər qəbirlərin dağıdıldığını deyirlər.

    Kənd sakinləri bu hadisədən sarsıntı keçiriblər. Hətta təhqir olunan qəbirdə yatan Sərfinaz Vəliyevanın 72 yaşlıqızının şəkəri və təzyiqi yüksəldiyindən xəstəxanaya aparılıb.

    Məsələ ilə bağlı "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri, professor Elçin Əhmədov Xəzər Xəbər-ə bildirdi ki, ermənilərin maddi və mədəni abidələrə qarşı bu kimi vandalizm hərəkətləri uzun müddətdir davam edir. Bununla bağlı həm beynəlxalq təşkilatlar, həm də digər dövlətlərə mütəmadi olaraq məlumat verilir. Amma təəssüflər olsun ki, beynəlxalq ictimaiyyət düşmənin bu kimi hərəkətlərinə hələ də lazimi reaksiyanı göstərmir.

    teleqraf.comскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.