Gəncədə iki polis zabitini öldürdülər - 3 dövlət orqan bəyanat verdi » Ağ Xəbər
  • Rus Dili
  • Reklam
    » » Gəncədə iki polis zabitini öldürdülər - 3 dövlət orqan bəyanat verdi
    

    Gəncədə iki polis zabitini öldürdülər - 3 dövlət orqan bəyanat verdi

    11-07-2018, 00:47
    Oxunub: 207
    Şərhlər: 0
    Çap versiyası
    Gəncədə iki polis zabitini öldürdülər - 3 dövlət orqan bəyanat verdi
    RESPUBLİKA BAŞ PROKURORLUĞU, DAXİLİ İŞLƏR NAZİRLİYİ VƏ DÖVLƏT TƏHLÜKƏSİZLİYİ XİDMƏTİ GƏNCƏDƏ BAŞ VERMİŞ QEYRİ-QANUNİ AKSİYA İLƏ BAĞLI MƏLUMAT YAYIB.

    "2018-ci il iyulun 10-da, saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstəriblər.

    Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanunazidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keçşikçilərinə müqavimət göstəriblər.

    Polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlərlə onların hüquqazidd əməllərinin qarşısı alınmaqla, 40 nəfəri tutularaq Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilib, qalanları qaçaraq ərazini tərk ediblər.

    Görülmüş operativ tədbirlərlə təxminən 30 dəqiqə ərzində şəhərin mərkəzində asayiş tam bərpa edilib.

    Təəssüflə qeyd edirik ki, qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar.

    Fakt üzrə Baş Prokurorluqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3, 120.2.7, 220.1, 221.3 və 228.4-cü maddələri ilə cinayət işi başlanılıb.

    Cinayətin bütün iştirakçılarının və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

    Görülən işlərin gedişi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

    musavat.comскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.