• Rus Dili
  • Reklam
    » » Azər Hüseynov : Radikal dinsizlik
    

    Azər Hüseynov : Radikal dinsizlik

    14-07-2018, 13:43
    Oxunub: 395
    Şərhlər: 0
    Çap versiyası
    Azər Hüseynov : Radikal dinsizlik

    Radikal dinsizlik, sekulyar radikallaşma, dünyaviliyin süni radikallaşdırılması

    Son zamanlar ölkəmizdə müxtəlif hadisələrin baş verməsi bəzi məqsədli layihələrin işə düşməsinə gətirib cıxardıbdır. Radikal dindar ifadəsi hamımızın qulağına cox tanışdır. Təbii ki, dinin təbliğ metodunun peyğambərdən alinmaması istər istəmez bəzi hallarda radikal meyillərin guclənməsinə səbeb olur. Dindarın radikallaşması prosesi dindarın oz daxili ilə mühiti həm də, qeyri-dindar mühitin qeyri adekvat reaksiyalari ilə də bağlı olur. Mən isə sizə bu gün başqa şeydən söz açacam.

    Radikal dinsizlik, sekulyar radikalliq, yaxud da dünyaviliyin süni radikallaşdirılmasından.

    Azərbaycan xalqının milli ənənəsində Qərb tipli dinsiz sekulyar kəskinlik olmayibdır. Bu xalqin dilinde qurban olum Allaha, inshaAllah, Allah bəlanı saxlasin ve digər bu kimi ifadələr əslində Allah ile savaş ənənəsinin olmamasını göstərir. Azərbaycanlılar əhkamlara sıx bağli olmasa da sovet dovrundə ateizmi qebul etmədi. Indi hansi meyillər vardır.

    İndi bəzi saytlarda, xüsusi ile bu ölkənin ədəbi mühitində bizim yaşda, yaxud da ondan kicik Allah ve din ilə acıq savaşan, inanclara qarşı radikal fikirlər ilə cıxış edən şəxslər çoxalır. Sətraltı və ya acıq şəkildə dini, bəli məhz dinin özünü ölkə üçün təhlükə adlandırırlar. Onların yazılarında ikrah, təhqir ve istehza üslubiyyəti azərbaycanlılarin milli ənənəsi ilə uyğundurmu? Xeyr! Bəziləri dindən kam ala bilməmiş kecmiş " dini darlar", bəzisi cavan iken ilk eşqindən kam ala bilmeyənlər, bəzisi zahiri görkəmi səbəbi ile kompleks yaşayanlardır. Belələrindən tanıdıqlarım az deyil. Belə insanların bir qismi modern hesab etdikləri ədəbiyyata, bəziləri ise siyasi-ictimai mühitə daxil olub figan edirlər.

    Heyyy dünyavilik əldən gedir deyə ortada dövre vururlar. Hətta siyasi müstəvidə dini muxalifət anlayışını terminləşdirmək istəyirlər. Sekulyar dəyərlərin Qerb tipinin hakim olduğu cəmiyyətlərlə Azərbaycanı, ənənə cəmiyyətini səhv salırlar. Hətta bəzi tv jurnalistlər birinin metroda şortikinə etirazı qoyma ha qoyma dinin əhkam tərəfinin guclenməsi ile bağlayırlar. Sanki həddən ziyadə aciqliq orta məktəbdə tədris edilən ədəbiyyat, tarix, riyaziyyatın bir elmi yekun zərurətidir.

    Belələri ne zaman ictimai problemlərin müzakirəsi üçün dindarların intellektual qismi ilə bir masaya oturdular ki, hec bir zaman! Bəzi xarici qüvvələrin əlində istifadə edilə bilən bəzi yanlış əməlli dində dərin olmayanların pis əməlləri istisna bu yeni sekulyar radikallar ölkədəki cinayətlərin statistikasina baxsınlar. Bu ölkədə məktəbdə cinsi təcavuzu edən və cekənlər dindarmı, evləri soyan, əxlaqsız yuvaları saxlayan, xaricə cinsi istismar ücün millətimizin qadınlarını ixrac edənlər dindarmı? Əgər kimsə bir cinayət edirsə onun əməli cinayətsə istər dindar olsun, ister dinsiz həmin şəxsdən konkret danışmaq lazımdır.

    Dünyaviliyin süni radikallaşdırılması dindarların radikallaşdırılmasi kimi xaricdən idarə edilən bir prosesdir. Əgər birilərini cənub küləyi ortaya atırsa, və təəssüf ki, bunun konkret ünvanını deməyə hər adam cəsarət etmirsə digəri okeanin o tayından, yaxud Vyana qalasının önündən başlanır. Ermənilərin zülmünə susan dünyanın idxal etdikləri fikir ve şəxsxslərin ifadə formaları, siyasi maneraları hec də az təhlükəli deyildir.

    Bizim ölkəyə nece ki FETO, şəkil dəyişmiş təqiyyə etmiş məzhəbci ruhlular lazım olmadığı kimi yəqin ki, Ergenokon da lazim deyildir.

    Bizim sorunları həll edəcək təhsilin, düşüncənin ve normal müzakirənin inkişafıdır. .....

    Bizi dinlə qorxudan bəzi psevdoziyaliların ürəyindən velosipedlə lüt yürüş ədənlərin mədəniyyətini burada hakim etmək kecirsə bilsinlər ki,

    Bu böyük bir təhlükədir. Genefondu, düşünənn beyni, sevən həyat yoldaşını, qısqanan qardaşı, mərhəmət edən ananı məhv edən təhlükədir. Genefondda kişini qadin edən, sevən həyat yoldaşını ailə başcısına sayğısız edən, qısqanan qardaşı bacısının liberal lütlüyünə etinasız edən, mərhəmət edən ananı özünü sevən edən bir təhlükə...

    Tarixçi Azər Hüseynov

    Agxeber.comскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.