• Rus Dili
  • Reklam
    » » AĞ Partiya başqanı Tural Abbaslı: “Belə olacağı təqdirdə dövlətimiz...”
    

    AĞ Partiya başqanı Tural Abbaslı: “Belə olacağı təqdirdə dövlətimiz...”

    17-07-2018, 17:50
    Oxunub: 187
    Şərhlər: 0
    Çap versiyası
    AĞ Partiya başqanı Tural Abbaslı: “Belə olacağı təqdirdə dövlətimiz...”
    Son hadisələr milli birliyi möhkəmlətmək zərurətini ortaya çıxarıb

    Azərbaycanın daxil olduğu regionda geosiyasi vəziyyət getdikcə gərginləşir. Belə bir vəziyyətdə isə ölkənin daxilində son zamanlar gərginlik yaratma meyllərinin baş qaldırdığı müşahidə edilir. Gəncə hadisələrindən sonra belə bir durumda milli həmrəyliyin, siyasi qüvvələr arasında əməkdaşlığın, iqtidarla siyasi partiyaların münasibətlərində konstruktiv əməkdaşlıq mühitinin olmasının vacibliyi bir daha bəlli oldu.

    Konstruktiv münasibətlərin qurulması üçünsə ilk növbədə siyasi qüvvələr arasında dialoq mühiti ilkin şərtdir. Bir neçə il öncə reallaşdırılan və bir müddət davam edən hakimiyyətlə siyasi partiyaların dialoqu prosesi bu baxımdan müsbət nümunə və təcrübə hesab edilir.

    Siyasi ekspertlər hesab edir ki, hazırkı dönəmdə belə bir prosesin yenidən başlanmasına ehtiyac var.

    Müxalifət partiyalarında dialoqa başlanmasının vaxtının çatdığını düşünürlər.

    AĞ Partiyanın sədri Tural Abbaslı isə qeyd etdi ki, analiz etsək görərik ki, həqiqətən də Azərbaycan indi çox həssas və təhlükəli dönəmlər yaşamaqdadır. Belə qarışıq və anlaşılmaz məqamlarda atılmalı olan ilk addım hakimiyyətin öz xalqı və müxalifəti ilə birgə göstərəcəyi birlik duruşu olmalıdır: “Yəni iqtidar bu hadisələri törədən qüvvələrə qarşı Azərbaycanda dövlətçilik naminə milli barışıq və milli birlik olduğunu nümayiş etdirməlidir. Bunun üçün də ilk növbədə geniş müxalifət və ictimaiyyət sektorunun təmsil olunduğu dəyirmi masa təşkil olunmalıdır. Azərbaycanda baş verənlər açıq və şəffaf formada müzakirə masasına yatırılmalı və obyektiv müzakirə olunmalıdır. Bu müzakirələrdən çıxacaq olan nəticələrə əsasən də dövlətdə təcili və təxirəsalınmaz islahatlar aparılmalıdır. Bu islahatlar ilk növbədə siyasi və iqtisadi sektoru əhatə etməlidir. Belə olacağı təqdirdə dövlətimiz bu təlatümlü zamandan itkisiz çıxacaq. Həmçinin gələcəkdə də belə təlatümlərin yaşanmasının qarşısını almış olacaq. Unutmayaq ki, iqtidarın müxalifəti nəzərə almadığı hər bir ölkə kənardan törədiləcək istənilən təxribatlara açıq ölkə olur. Dialoq, islahat, milli barışıq və inkişaf ölkəni xaosdan, təxribatlardan immunitetli ölkə halına gətirir”.

    musavat.comскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.