Şok iddia: Təcili yardım hadisə yerindən qaçdı? - Nazirlik » Ağ Xəbər
  • Rus Dili
  • Reklam
    » » Şok iddia: Təcili yardım hadisə yerindən qaçdı? - Nazirlik
    

    Şok iddia: Təcili yardım hadisə yerindən qaçdı? - Nazirlik

    17-07-2018, 17:57
    Oxunub: 139
    Şərhlər: 0
    Çap versiyası
    Şok iddia: Təcili yardım hadisə yerindən qaçdı? - Nazirlik
    Ceyhun Musayev adlı sosial şəbəkə istifadəçisi İmişli rayonunun Xəlfəli kəndi ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı maraqlı iddia irəli sürüb.

    Axar.az xəbər verir ki, hadisə şahidi olduğunu bildirən C.Musayev çağrılan təcili tibbi yardımın Saatlı rayonundan gəldiyini, sonra isə ərazisi olmadığını bildirərək dərhal geri qayıtdığını iddia edib.

    Onun sözlərinə görə, növbəti təcili yardım maşını isə 1 saat sonra İmişlidən gəlib.

    Məsələ ilə bağlı saytımıza açıqlama verən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, belə bir halın baş verməsi mümkün deyil:

    “Yayılan informasiyalar yalandır. Təcili yardıma müraciət olunduqdan sonra əraziyə uyğun stansiyadan yardım gəlib. Digər iddialar isə uydurmadan başqa bir şey deyil".

    Qeyd edək ki, Trend-in məlumatına görə, ötən gün İmişli rayonunun Xəlfəli kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Priora" markalı T 668 K 163 RF dövlət nömrə nişanlı avtomobil Beyləqan rayonu istiqamətində hərəkətdə olarkən qarşısına çıxan camışı vurub. Nəticədə avtomobildəki sərnişin Hacıyeva Sevil Barat qızı aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.