• Rus Dili
  • Reklam
    » » Əhəd Məmmədli: “Onun həbsi Rusiyanın Ermənistandakı imicinə ciddi zərbədir”
    

    Əhəd Məmmədli: “Onun həbsi Rusiyanın Ermənistandakı imicinə ciddi zərbədir”

    1-08-2018, 12:24
    Oxunub: 77
    Şərhlər: 0
    Çap versiyası
    Əhəd Məmmədli: “Onun həbsi Rusiyanın Ermənistandakı imicinə ciddi zərbədir”
    Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın həbsi gündəmin mövzularından biridir. Çoxları hesab edir ki, Ermənistanın baş naziri Nikol Paşinyan “Qarabağ klanı”na, xüsusilə ölkə daxilində Kremlə yaxınlıqları ilə seçilən şəxslərə qarşı başlatdığı bu prosesi başa çatdıra biləcək. Rusiyanın qapazaltısı sayılan təcavüzkar ölkədəki bu proseslərin qarşısını alacağını düşünənlər də az deyil.

    Politoloq Əhəd Məmmədli Köçəryanın həbsini Rusiyanın Ermənistandakı imicinə ciddi zərbə sayır: “Köçəryanın Rusiyaya yaxınlığı sirr deyil. Onun həbsi rəsmi Moskva ilə razılaşdırılmayıbsa, razılaşdırılmalıdır. Əgər bu razılıq yoxdursa, Paşinyan hakimiyyətinə ciddi problemlər yarana bilər. Razılaşdırılsa belə, açığı, Köçəryanın uzun müddət həbsdə qalacağına inanmıram. Çünki istənilən halda onun həbsi Rusiyanın Ermənistandakı imicinə ciddi zərbədir. ”Qarabağ klanı" və Rusiyaya yaxın insanlara bütövlüklə hücum nəinki Paşinyan hakimiyyəti, bütövlükdə Ermənistan üçün ciddi fəsadlarla nəticələnə bilər. Azərbaycan da əlindən gələni etməlidir ki, bu fəsadlar yaxınlaşsın və Ermənistan üçün gerçəkləşsin.Azərbaycanın Köçəryan, Sərkisyan və bütövlükdə erməni terrorçularına qarşı ən gözəl cəzası Xocalının intiqamını alıb Qarabağı azad etmək, bununla kifayətlənməyib Zəngəzur, Göyçə gölü və İrəvan istiqamətində irəliləməkdir. Köçəryan kimilərə bundan gözəl cəza ola bilməz".

    musavat.comскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.