• Rus Dili
  • Reklam
    » » Orxan Camalı rus muzdluları qətlə yetirib - Ekspertlər
    

    Orxan Camalı rus muzdluları qətlə yetirib - Ekspertlər

    1-08-2018, 15:15
    Oxunub: 83
    Şərhlər: 0
    Çap versiyası
    Orxan Camalı rus muzdluları qətlə yetirib - Ekspertlər















    Orxan Camal və digər iki rus jurnalist fəaliyyətini araşdırdıqları “Vaqner” özəl hərbi şirkətin muzdluları tərəfindən qətlə yetirilib.

    Axar.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində rusiyalı sosioloq İqor Eydman paylaşıb.

    “Əslində, Rusiyada heç bir özəl hərbi şirkət yoxdur və qanunla ola da bilməz. Bu brend adı altında dünyada Rusiyanın apardığı hibrid müharibədə iştirak edən xüsusi təyinatlı qüvvələr toplanır. Bu qətllə jurnalistlərə və siyasətçilərə girilməsinə izn verilmədiyi qırmızı xətt göstərildi. Korrupsiya, Medvedyevlər və Şuvalovlar haqqında hələ də çarxlar çəkmək olar. Lakin hibrid müharibəsinin ön cəbhəsində iştirak edənləri araşdırmaq olmaz, əks təqdirdə ölüm cəzası var. Hibrid müharibəsi hazırda Kreml üçün əsas prioritetdir”, - o bildirib.

    Rusiyalı siyasətçi Mixail Xodorkovski isə Feysbuk hesabında jurnalistlərin "Vagner" mövzusunda bir film üzərində çalışdığını təsdiqləyib:

    “Bu qrup “Araşdırmaların İdarə olunması Mərkəzi” ilə birgə mənim layihəm olan “Rus muzdluları” mövzusu üzərində çalışırdı. Onlar təkcə material toplamağa adət edən jurnalistlər deyildi, həm də aldıqları informasiyanı hiss etmək istəyən cəsur uşaqlar idi”.

    O qeyd edib ki, son ana qədər bir möcüzəyə – jurnalistlərin əsir götürüldüyünə və hər hansı bir yolla onların həyatını xilas etməyin mümkün olduğuna inanmaq istəyib. Lakin 3 nəfərin qətlə yetirildiyi haqda rəsmi olmasa da, dəqiq məlumat əldə etdikdən sonra bunu törədənlərin aşkarlanması istiqamətində əlindən gələni edəcəyinə söz verib.

    Ukraynalı hərbi jurnalist Yuri Butusov da Feysbuk səhifəsində Camalın rus xüsusi xidmət orqanlarının Mərkəzi Afrika Respublikasına “Vaqner” muzdlu döyüşçüləri göndərdiyi mövzusunda BBC üçün yeni bir film çəkdiyini yazıb:

    “Yalnız o dəqiq məlumdur ki, çəkiliş qrupu yerli təhlükəsizlik qüvvələrinin keçid məntəqəsində dayandırılıb və maşına atəş açılıb. Rusiya KİV artıq məsələyə “qarət cəhdi” adı verməyə müvəffəq olub”.

    O həmçinin qeyd edib ki, jurnalistlər “Vaqner” haqda cinayət məlumatlarını həm də Ukraynadan toplayıb.

    “Camalın müsahibəsini oxuyun - o cəsur bir insan idi, əsl peşəkar jurnalist, dürüst, müstəqil insan idi. Nə qədər riskli olduğunu bilsə də, bizim mübarizəmizə dəstək olurdu”, – deyə Butusov əlavə edib.

    “Araşdırmaların İdarə olunması Mərkəzi”nin baş direktorunun müavini Anastasiya Qorşkova jurnalistlərin paytaxt Bangiyə iyulun 28-də gəldiyini və növbəti gün “Vaqner” muzdlularının olduğu Berenqodakı malikanəyə yollandıqları haqda məlumat verib. Onun sözlərinə görə, Mərkəzi Afrika Respublikasının hökumətindən akkreditasiya almadıqları əsas gətirilərək jurnalistlər içəri buraxılmayıb. Mərkəzi Afrika Respublikası isə akkreditasiyanı beş gün sonra verilə biləcəyini açıqlayıb.

    Qorşkova həmçinin jurnalistlərin Martin adlı fikserlə (film çəkməyə kömək edən məsləhətçi) görüşə getdikləri zaman hücuma məruz qaldıqlarını açıqlayıb.

    O qeyd edib ki, iyulun 29-da jurnalistlər "qanunsuz çəkilişlər" üçün yerli polisə 100-120 ABŞ dolları məbləğində rüşvət ödəməli olublar.

    Cinayətin yeganə şahidi olan sürücünün sözlərinə görə, jurnalistlərdə iki ədəd bahalı kamera və 8,500 dollar nağd pul var idi:

    “Belə məbləğlə əgər səni varlı zənn edib qətlə yetirməsələr, Mərkəzi Afrikada bir neçə il yaşaya bilərsən”.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.