• Rus Dili
  • Reklam
    » » Dünya mediası ABŞ-ın Türkiyəyə qarşı sanksiyası haqda
    

    Dünya mediası ABŞ-ın Türkiyəyə qarşı sanksiyası haqda

    2-08-2018, 18:05
    Oxunub: 128
    Şərhlər: 0
    Çap versiyası
    Dünya mediası ABŞ-ın Türkiyəyə qarşı sanksiyası haqda
    ABŞ-ın Türkiyənin ədliyyə naziri Abdulhəmid Gülə və daxili işlər naziri Süleyman Soyluya qarşı sanksiya tətbiq etməsi barədə qərar çıxarması dünya mediasında geniş rezonansa səbəb olub.

    Avropa.info xəbər verir ki, “Washington Post” qəzetinin yazdığına görə, ABŞ Türkiyədə həbs edilən rahiblə bağlı bu ölkəyə qarşı sanksiyalar tətbiq etməyə başlayıb.

    Qəzet yazır ki, son günlərdə prezident Tramp Türkiyədə həbs edilən amerikalı rahib Andrey Brunsonla bağlı müetəmadi olaraq açıqlama verirərək, onun azad edilməsini tələb edirdi.

    Trampa yaxınlığı ilə seçilən “Fox News” isə yazır ki, Tramp amerikalı rahibə görə, Türkiyə rəsmilərinə qarşı sanksiya tətbiq edib: “ABŞ-ın vitse-prezidenti hələ ötən həftə Türkiyənin rahib A.Brunsonun ev dustaqlığına göndərilməsini yetərli hesab etməyib”.

    İngiltərənin “Daily Express” qəzeti isə iki ölkə arasındakı gərgin münasibətlərə toxunaraq, “Ünücü dünya müharibəsi: Türkiyə ABŞ-ı təhdid edir və Trampın sanksiyalarını “düşmən” mövqe hesab edir” adlı məqalə yazıb. Baxmayaraq ki, bu qəzet bir müddət öncə Şimali Koreya ilə ABŞ arasında da vəziyyətin gərgin olduğu bir zamanda da buna uyğun məqalə dərc etmişdi, lakin sonradan bu iki ölkə arasına əlaqələr normallaşdı.

    Almaniyanın “Süddeutsche Zeitung” və “Die Welt” mətbu orqanları da məsələyə geniş yer verib.

    Fransanın “Le Figaro” qəzetidə bu hadisələrə toxunaraq yazıb ki, ABŞ Türkiyədə həbs edilən rahibə görə iki nazirə sanksiya tətbiq edib.

    Fransanın dah bir mətbu orqanı ola “Le Point” isə yazıb ki, Türkiyəyə tətbiq edilən sanksiyalardan sonra Ankara ABŞ-ı təhdid edib.

    İsrailin “Haaretz” mətbu orqanı da məsələ haqqında məqalə dərc edib. Həmin mətbu orqanında da ABŞ-ın Türkiyəyə sanksiyalar tətbiq etməsinin səbəbini amerikalı rahibin həbsi ilə izah edib.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.