• Rus Dili
  • Reklam
    » » Əhəd Məmmədli : Türk qatarı yoldadır
    

    Əhəd Məmmədli : Türk qatarı yoldadır

    5-08-2018, 14:36
    Oxunub: 116
    Şərhlər: 0
    Çap versiyası
    Əhəd Məmmədli : Türk qatarı yoldadır
    İndiyə qədər ABŞ böyük ölkələrə tətbiq etdiyi sanksiyalardan heç bir nəticə qazanmayıb.

    Bu sözləri Axar.az-a açıqlamasında politoloq Əhəd Məmmədli deyib. O bildirib ki, Türkiyə, Rusiya, İran, Çin kimi ölkələr böyük dövlətçilik ənənələrinə malikdirlər:

    "Bu cür ölkələri ABŞ kimi superdövlət belə sanksiyalar ilə yıxa bilməz. Göründüyü kimi, yıxa da bilmir. Türkiyə vaxt getdikcə idxal və ixracı bərabərləşdirir. Misal üçün, Türkiyə artıq digər ölkələrə silah satır, amma əvvəllər ancaq silah almağa məcbur idi. ABŞ sanksiyalarla balaca Şimali Koreyaya heç nə edə bilmədi, Türkiyə kimi böyük ölkəyə nə edə bilər?!”

    Politoloq vurğulayıb ki, ABŞ-ın Türkiyəyə qarşı sanksiyalarına ən yaxın tərəfdaşları belə qoşulmayacaq:

    "Eyni zamanda, Tramp dönəmində ABŞ yaxın tərəfdaşları ilə belə münasibətləri korlayıb. "Die Velt" haqlıdır, Türkiyəyə qarşı bu cür münasibətlə ABŞ heç nəyə nail olan deyil".

    Politoloq qeyd edib ki, bir müddət sonra ABŞ yenə Türkiyə ilə masa arxasına oturacaq və məsələləri hədə-qorxu deyil, danışıqlıqlar yolu ilə həll edəcək:

    "ABŞ Türkiyənin böyüməsindən ciddi narahatdır. Ona görə əlindən gələni edir ki, bunun qarşısını alsın. Amma əbəs yerə, artıq türk qatarı yoldadır".скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.