• Rus Dili
  • Reklam
    » » Əhəd Məmmədli : Köhnə müxalifət tükənib
    

    Əhəd Məmmədli : Köhnə müxalifət tükənib

    5-08-2018, 14:48
    Oxunub: 126
    Şərhlər: 0
    Çap versiyası
    Əhəd Məmmədli : Köhnə müxalifət tükənib
    AĞ Partiya başqanının birinci müavini Əhəd Məmmədli köhnə müxalifətin tükəndiyini vurğuladı: “Yayda adətən siyasi passivlik olur. Bunun obyektiv və subyektiv səbəbləri var. İnsanlar yayda istirahət edir, məzuniyyətə gedirlər. Düzdür, mən heç yerə getməmişəm. Ümumiyyətlə, son dəfə istirahətə həbsxanadan çıxan ili getmişəm. Bu da 2012-ci ilə təsadüf edir. 2018-ci il yayımız həm istilik, həm də hadisələr baxımından çox qızmar keçir. Bütün bu olanlara rəğmən, ölkədə siyasi susqunluqdur. Çünki köhnə müxalifət özünü xalqın, cəmiyyətin qarşısında tükədib. Köhnə müxalifətin liderləri bloggerliklə məşğuldurlar. Yeni müxalifət isə hələ formalaşma dönəmini yaşayır. Ölkədəki proseslərə tam şəkildə müdaxilə etmək üçün bizə bir az vaxt lazımdır. AĞ Partiya təşkilatlanma, formalaşma dönəmindədir. İndidən parlament seçkilərinə hazırlaşırıq. Partiya ölkədə gedən bütün prosesləri izləyib, xalqımızın mənafeyinə uyğun mövqe ortaya qoyur”

    musavat.comскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.