• Rus Dili
  • Reklam
    » » ABŞ tarixin ən faciəvi hücumunu etdi: bütün dünya... - FOTO
    

    ABŞ tarixin ən faciəvi hücumunu etdi: bütün dünya... - FOTO

    6-08-2018, 22:00
    Oxunub: 150
    Şərhlər: 0
    Çap versiyası
    ABŞ tarixin ən faciəvi hücumunu etdi: bütün dünya... - FOTO
    Bu gün II Dünya Müharibəsi zamanı ABŞ-ın Yaponiyanın Xirosima şəhərinə atdığı atom bombasının törətdiyi fəlakətdən 73 il keçir.

    Publika.az xəbər verir ki, Xirosimanın 70%-ni yox edən uran qatqılı və təxminən 13 min TNT (tri-nitro-toluen) gücündəki bomba mərkəzində 3000 santiqrad dərəcə istilik yaradıb və ətrafında 1,5 kmlik sahəni dümdüz edib. Atom bombası ilk mərhələdə 80 000 1945-ci ilin sonuna qədər isə 140 000 insanın həyatına son qoyub.

    Bombalanma zamanı xəsarət alanlar tibbi yardım ala bilmədiyi üçün ölərkən, şəhərə humanitar yardım gətirənlər isə radiaktiv şüaya məruz qalaraq can verib.

    Atom bombası o zmankı ABŞ prezidenti Harri Trumanın qərarı ilə ehtimal olunan bu iki məqsəd üçün atılıb. Birincisi, Yaponiyaya qarşı davam edən müharibənin dərhal bitməsi ilə amerikalı əsgərlərin qırılmasının qarşısını almaq, ikincisi, SSRİ-yə ABŞ-ın gücünü nümayiş etdirmək.

    Bombanın layihəsi, testi və gerçəyi

    Fizik Albert Eynşteyn 1939-cu ildə ABŞ prezidenti Franklin Ruzveltə yazdığı məktubda almanların bir atom bombası hazırlamağa çalışdığını xəbər verib. Amerikalılar 1941-cı ildə Tennesse əyalətində “Manhetten layihəsi” adı altında atom bombası hazırlamağa başlayıb. Layihənin rəhbərliyi amerikalı Robert Oppenhaymerə verilib və bombanın üzərində əksəriyyəti nasistlərdən qaçan almaniyalı elm adamları işləyib.

    Bombanın testi Nyu Mexiko əyalətində 1945-ci ildə edilib və uğurla nəticələnib.

    26 iyul 1945-ci ildə İngiltərə, Çin və ABŞ-ın “Postdam xəbərdarlığı” ilə təslim olma çağırışı verdiyi Yaponiya 28 iyulda şərtsiz təslim olmayacağını elan edib.

    Yaponiya 3 avqustda Antantaya razılaşmalı sülh təklif edib ancaq qəbul edilməyib. Bu hadisələrdən sonra 6 avqustda atom bombası atılıb. Dövrün Yaponiya imperatoru Hirohito 15 avqustda ölkəsinin təslim olduğunu elan edib.

    Faciədən sonra ABŞ ölü sayının 117 000, yaponlar isə yarım milyona yaxın olduğunu açıqlayıb.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.