Türkiyənin iki bölgəsi Abşeron rayonu ilə qardaşlaşacaq » Ağ Xəbər
  • Rus Dili
  • Reklam
    » » Türkiyənin iki bölgəsi Abşeron rayonu ilə qardaşlaşacaq
    

    Türkiyənin iki bölgəsi Abşeron rayonu ilə qardaşlaşacaq

    7-08-2018, 00:17
    Oxunub: 97
    Şərhlər: 0
    Çap versiyası
    Türkiyənin iki bölgəsi Abşeron rayonu ilə qardaşlaşacaq
    Qənirə Paşayevanın başçılıq etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin dəvəti ilə ölkəmizə səfər edən qardaş Türkiyə Cümhuriyyətinin Şanlıurfa Böyükşəhər bələdiyyəsinin başqanı Nihat Çiftçi, Malatyanın Battalqazi bələdiyyəsinin başqanı Səlahəddin Gürkan, GAP Media mənsubları Cəmiyyətinin başqanı Hamit Özpolat və “Duru TV”-nin baş müdiri Mehmet Canbekdən ibarət heyət Abşeron rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova ilə görüşüblər.
    Şanlıurfa Böyükşəhər bələdiyyəsinin başqanı Nihat Çiftçi və Malatyanın Battalqazi bələdiyyəsinin başqanı Səlahəddin Gürkan təmsil etdikləri bölgələri haqqında geniş məlumat veriblər və Q.Paşayevanın bu bölgələrə səfərləri zamanı hər zaman bu bölgələrin Azərbaycanın bölgələri ilə qardaşlaşması təklifi ilə çıxış etdiyini deyiblər və Azərbaycanın bölgələri, o cümlədən Abşeronla qardaşlaşmanın çox gözəl bir addım olacağını qeyd ediblər. Türkiyəyə qayıtdıqdan sonra təmsil etdikləri bölgələrin Abşeron ilə qardaşlaşması məsələsi üzərində işləyəcəklərini və yaxın zamanlarda qardaş bələdiyyələrin yaradılacağına ümidvar olduqlarını bildiriblər.Görüşün sonunda türkiyəli qonaqlar bölgələrini tanıdan hədiyyələri Abşeron rayon icra başçısında təqdim ediblər. Görüşdə iştirak edən GAP Media mənsubları Cəmiyyətinin başqanı Hamit Özpolat və “Duru TV”-nin baş müdiri Mehmet Canbek Azərbaycanın, o cümlədən Abşeronun Türkiyədə daha yaxından tanıdılması, bura Türkiyədən çoxlu çayda turistlərin cəlb edilməsi istiqamətində media qurumlarınının öz səylərini artırmalarının vacibliyini qeyd ediblər və media qurumlarının təmsilçiləri olaraq üzərlərinə düşən vəzifəni yerinə yetirməyə çalışacaqlarını deyiblər.

    Daha sonra türkiyəli qonaqlar Abşeron rayonu ilə yaxından tanış olublar.

    musavat.comскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.