• Rus Dili
  • Reklam
    » » “Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli bildirdi ki, İsrailin müsəlman dünyasında yeganə qorxduğu ölkə Türkiyədir
    

    “Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli bildirdi ki, İsrailin müsəlman dünyasında yeganə qorxduğu ölkə Türkiyədir

    23-08-2018, 21:00
    Oxunub: 69
    Şərhlər: 0
    Çap versiyası
    “Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli bildirdi ki, İsrailin müsəlman dünyasında yeganə qorxduğu ölkə Türkiyədir
    İrana qarşı Amerika tərəfindən tətbiq edilən sanksiyalarda İsrailin də əsas rol oynadığı heç kəsə sirr deyil. Rəsmi Təl-Əvivin Türkiyəyə qarşı son aylarda artan təzyiqlərdə, sanksiyalarda yer aldığı barədə də iddialar meydana çıxıb.
    Türkiyə-İsrail münasibətlərində son 10 ildə vaxtaşırı gərginliklər yaşanıb. İkincinin bundan istifadə etmək üçün belə bir tarixi şans qazandığı bildirilir. Yəhudi lobbisinin ən güclü olduğu ölkələrdən olan Amerikada İsrailin Ağ Evə müxtəlif yollarla təzyiqlər göstərdiyi iddia edilir. Xüsusilə Birləşmiş Ştatların İsrailin paytaxtını Qüdsə köçürməsinə ən sərt təpki verən Türkiyədən “qisas almaq üçün” yəhudi dövlətinin hərəkətə keçdiyi də iddialar sırasındadır.
    “Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli
    bildirdi ki, İsrailin müsəlman dünyasında yeganə qorxduğu ölkə Türkiyədir: “O, nə ərəblərdən, nə də İrandan qorxur. İndiki İsrail bir neçə əsr Osmanlının ərazisi olub. Osmanlı yəhudilərin əmin-amanlıq içində yaşadığı yeganə ölkə olub. İsraillilər türkləri çox yaxşı tanıyırlar. Onlar gözəl anlayırlar ki, Fələstinin azadlığının açarı güclü, böyük Türkiyədən keçir. Dünya sionizmi əlindən gələni edir ki, Türkiyənin güclənməsinin qarşısını alsın. ABŞ-ın yevangelist-yəhudi elitası Türkiyəyə qarşı səlib yürüşü elan edib. Müasir dövrdə də hansısa ölkəyə qarşı səlib yürüşü etmək üçün təkcə hərbə əl atmağa ehtiyac yoxdur. Biz bunu qardaş Türkiyənin nümunəsində çox yaxşı görürük. Türkiyə dövlətinə son illərdə ABŞ-İsrail tandemi olmayan zərbələri vurdu. Amerika və İsrailə islam coğrafiyasında problem yarada biləcək və müasir Qərb səlibçilərini müsəlman torpaqlarından qova biləcək yeganə güc Türkiyədir. Amerika və dünya sionizminin müsəlman dünyasında oynadığı bütün oyunlar Türkiyəni sıradan çıxartmaq məqsədini güdür. İsrail qurulandan üzr istədiyi yeganə dövlət Türkiyədir. Məlum faciədə yəhudi hərbçiləri tərəfindən öldürülən türk vətəndaşlarının ailələrinə İsrail təzminat ödəməyi də boynuna götürüb. Həmin vaxtdan Türkiyə-İsrail münasibətləri kifayət qədər gərgindir. İldən-ilə bu iki ölkə arasında münasibətlər daha da gərginləşir. Düzdür, İsrail hələlik tam açıq müstəvidə Türkiyəyə qarşı çıxmır, amma dünya yəhudi lobbisi Amerikanın əli ilə türk dövlətinə qarşı savaş açıb. Bu savaşda İsrail bir dövlət kimi Türkiyəyə qarşı son anda çıxacaq. Lakin bu an İsrailin bir dövlət kimi sonuna gətirib çıxara bilər. Fikrimcə, israillilər buna getməzlər. Yəhudilər ağıllı xalqdır və türkləri çox gözəl tanıyırlar. Onlar bilirlər ki, türklər onlar üçün nə ərəb, nə də farslar deyil. Yəhudilər görsələr ki, Türkiyəni saxlamaq mümkün deyil, türklərlə anlaşmaya gedəcəklər. Və bu da İsrail dövlətinin gələcəyi üçün ən doğru qərar olacaq”.

    Cavanşir ABBASLI,
    “Yeni Müsavatскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.