• Rus Dili
  • Reklam
    » » Türk dövlətlərinin növbəti sammiti Qırğız Respublikasında keçiriləcək
    

    Türk dövlətlərinin növbəti sammiti Qırğız Respublikasında keçiriləcək

    24-08-2018, 00:10
    Oxunub: 27
    Şərhlər: 0
    Çap versiyası
    Türk dövlətlərinin növbəti sammiti Qırğız Respublikasında keçiriləcək
    Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) növbəti sammiti üçillik fasilədən sonra bu il sentyabrın 3-də Qırğız Respublikasında keçiriləcək.

    "Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Qırğız Respublikasının Prezidenti Aparatının Xarici siyasət şöbəsinin müdiri Daniyar Sıdıkov bildirib.

    "Sentybarın 3-də Çolpon-Ata şəhərində (İssık-Kul vilayəti) TDƏŞ-in altıncı sammiti keçiriləcək. Sammit üçillik fasilədən sonra baş tutacaq, görüşün məhsuldar olacağını gözləyirik. Artıq tərəflərin hamısı iştiraklarını təsdiqləyiblər. Tədbirdə həmçinin Özbəkistan prezidenti Şavkat Mirziyoyev Macarıstanın baş naziri Viktor Orban da iştirak edəcək", - D.Sıdıkov deyib.

    Onun sözlərinə görə, sammit inteqrasiya prosesləri və türkdilli mədəniyyətin təbliğinə dəstək məqsədi daşıyır. Sammit çərçivəsində təşkilata sədrlik Qazaxıstandan Qırğız Respublikasına keçəcək.

    Qeyd edək ki, TDƏŞ-ə Azərbaycan, Qazaxıstan, Qırğız Respublikası, Türkiyə və (2018-ci ilin aprel ayının sonlarından etibarən) Özbəkistan daxildir. Türkmənistan isə Türk Şurasında müşahidəçi statusuna malikdir.

    TDƏŞ-in son sammiti 2015-ci ildə Astanada keçirilib.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.