• Rus Dili
  • Reklam
    » » AĞ Partiya başqanının birinci müavini Əhəd Məmmədli : "Bu dövlətin dağılması Türkiyə və türk dünyası üçün geniş imkanlar yaradacaq. Dünyanın siyasi xəritəsində yeni türk, müsəlman respublikalar qurulacaq"
    

    AĞ Partiya başqanının birinci müavini Əhəd Məmmədli : "Bu dövlətin dağılması Türkiyə və türk dünyası üçün geniş imkanlar yaradacaq. Dünyanın siyasi xəritəsində yeni türk, müsəlman respublikalar qurulacaq"

    1-09-2018, 19:50
    Oxunub: 189
    Şərhlər: 0
    Çap versiyası
    AĞ Partiya başqanının birinci müavini Əhəd Məmmədli : "Bu dövlətin dağılması Türkiyə və türk dünyası üçün geniş imkanlar yaradacaq. Dünyanın siyasi xəritəsində yeni türk, müsəlman respublikalar qurulacaq"
    Son 15 ildə Amerika Rusiyanın MDB məkanındakı hegemonluğuna son qoymaq üçün bütün gücünü səfərbər edib.
    Bütün bunlara baxmayaraq, Qərb dünyası hələ də istəyinə nail ola bilməyib. Rusiyanın nəinki MDB məkanındakı gücü zəifləyib, hətta bəzi zamanlarda bu gücün artdığı, Kremlin bir addım da geri çəkilmədiyi müşahidə olunur. Qərbin nə üçün məqsədini gerçəkləşdirə bilməməsi, Rusiyanın MDB məkanındakı hegemonluğunun nə vaxta qədər davam edəcəyi suallar doğurur.
    Siyasi təhlilçi Əhəd Məmmədli hesab edir ki, MDB məkanında söz sahibi tək Rusiya deyil: “Ukrayna, Gürcüstan, Moldova Qərb təsisatlarına sürətlə inteqrasiya olmaqdadırlar. Qazaxıstan, Qırğızıstan Avrasiya İttifaqının üzvləri olsalar da, ABŞ və Çinlə sıx siyasi-iqtisadi əlaqələri var. Hətta bu yaxınlara qədər Qazaxıstanın Xəzər sahilində Amerikanın hərbi bazasının yerləşdirilməsi haqqında söhbətlər gedirdi. Xəzər ətrafı ölkələrin son sammitindən sonra Rusiya Xəzərə aid olmayan ölkələrin Xəzər dənizində hərbi iştirakının qarşısını aldı. Türkmənistan neytral ölkədir. Azərbaycan, Rusiya ilə bərabər Türkiyə, ABŞ, Britaniya və İranın da siyasi-iqtisadi iştirakı var. Rusiyanın Cənubi Qafqazda forpostu sayılan Ermənistanda inqilab oldu, qərbyönümlü qüvvələr iqtidara gəldi. MDB məkanında Rusiyaya ən yaxın sayılan Belarus da Avropaya açılımlar etməyə başlayıb. Bircə Tacikistanı söyləyə bilərik ki, MDB-nin bu ən kasıb ölkəsi Rusiyanın tam təsiri altındadır. Yuxarıda qeyd edilən mənzərəyə baxsaq görərik ki, nəinki ABŞ, müəyyən postsovet respublikalarında heç Türkiyə, Avropa Birliyi, Britaniya və İran belə Rusiyaya uduzmur. Rusiyaya qalib gəlməyə qaldıqda isə, MDB-də Rusiya üçün ən önəmli respublika olan Ukraynada ABŞ Rusiyaya qalib gəldi. Gürcüstanda da demək olar ki, ABŞ Rusiyaya qalib gəlib.
    Düzdür, Rusiya müvəqqəti də olsa, Ukrayna və Gürcüstanın 20% ərazilərini işğal edib. Amma fikrimcə Ukrayna ilə Gürcüstanı Moskva birdəfəlik itirdi. Qərb-Rusiya qarşıdurması Rusiya Federasiyasının dağılmasına qədər davam edəcək. Qərb Rusiyanı çökdürmək istəyirsə, bu prosesi Rusiyanın daxilindən başlamalıdır. Necə ki, SSRİ daxildən parçalandı. Rus dövlətinin tarixində iki dəfə parçalanma olub, biri 1917, o biri də 1991 inqilabları ilə. Hər ikisində də Rusiya böyük dövlətçiliyini qoruyub saxlaya bilib, hətta əraziləri, nüfuz dairəsi zirvə nöqtəsinə də gəlib çatıb. 1917-ci il inqilabından sonra rus imperiyası SSRİ adı ilə bərpa edildi, SSRİ dağıldıqdan sonra isə Rusiya Federasiyası öz mövcudluğunu qoruyub saxlaya bildi. SSRİ dağılanda da deyirdilər ki, bu boyda dövlətin dağılması dünya üçün təhlükədir, ziyandır. Heç də hər kəs Qərbdə SSRİ-nin dağılmasını istəmirdi. Bu məsələdə Qərb yekdil deyildi.

    Lakin SSRİ dağıldı, kataklizmlər oldu. Ümumilikdə baxanda SSRİ-nin dağılması ziyan yox, həm region, həm də dünya üçün xeyir oldu. Yeni respublikalar müstəqillik əldə etdi. Postsovet məkanı dünyaya açıldı, Kremlin dairəsindən çıxmağa başladı. Eyni fikirləri indi də Rusiya haqqında söyləyirlər. Guya Rusiya dağılsa, bu region ölkələri və dünya üçün böyük təhlükə, ziyandır. Qətiyyən elə deyil.

    Əksinə, Rusiyanın özü dünya üçün böyük təhlükədir. Rusiya qonşu ölkələr və dünyaya qarşı şantaj, təhdidlərlə dolu siyasət aparır.

    Azərbaycan müstəqilliyini bərpa edəndən məhz Rusiyanın sayəsində 20%-ə yaxın torpaqlarını itirib, hələ də qaytara bilmir. Yuxarıda qeyd edilənlərdən irəli gələrək əminliklə söyləmək olar ki, Rusiyanın dağılması həm dünyaya, həm regiona, həm də Azərbaycana lazımdır”.
    Siyasi təhlilçi bildirdi ki, Suriyanın məlum vəziyyətə salınmasında Rusiyanın da əvəzsiz rolu var: “Rusiyanın dağılması əksinə dünya və regionda kifayət qədər sabitliyə gətirib çıxara bilər. Və bu dövlətin dağılması Türkiyə və türk dünyası üçün geniş imkanlar yaradacaq. Dünyanın siyasi xəritəsində yeni türk, müsəlman respublikalar qurulacaq. Ermənistanda inqilabı xalq etdi.

    Cinayətkar, terrorçu “Qarabağ klanı”nın yarıtmaz siyasəti nəticəsində Ermənistanda inqilab baş verdi. Təbii ki, bu prosesdə Amerikanın da rolu var. Ermənistandakı inqilab Rusiyanın nüfuzuna ciddi zərbə oldu. Sərhədlərini qoruduğu ölkədə inqilab baş verdi və Moskva bunun qarşısını ala bilmədi. Lakin Qərbin də Ermənistanda istədiyi hələ ki olmur. Bu da normal bir haldır. Çünki Cənubi Qafqazda Rusiya ən güclü Ermənistandadır. Ermənistan və işğal olunmuş Qarabağda rus hərbiçiləri var. Rusiya Azərbaycana da Qarabağ kartı ilə 30 ilə yaxındır ki, təsir göstərir. İstənilən halda Ermənistandakı hakimiyyət dəyişikliyi Amerikanın Rusiya qarşısında uğuru idi. Rusiya çalışacaq ki, bir ilə vəziyyəti yenə də öz xeyrinə dəyişsin. Moskva bir il ərzində vəziyyəti dəyişə bilməsə, Azərbaycan üçün torpaqlarını qaytarmağa tarixi şans yaranacaq. Vaxtı ilə Rusiya Azərbaycanı Ermənistanla necə cəzalandırmışdısa, indi də Ermənistanı Azərbaycanla cəzalandıra bilər. Bu anı Azərbaycan tezləşdirməlidir. Bakı bunu bacarsa, ən böyük uğuruna nail olacaq.

    Rusiya Ermənistana hələlik mesajlar göndərir. Fikrimcə Moskva Ermənistanda gələn il keçiriləcək parlament seçkilərini gözləyir. Çox şey ondan sonra bəlli olacaq. İndiki halda belə Moskva Ermənistanda Vaşinqtondan da, Brüsseldən də güclüdür. Erməni iqtisadiyyatı Moskvadan asılıdır. Ermənistan hərbi cəhətdən Rusiyadan asılıdır. Bu ölkənin Türkiyə ilə sərhədlərini rus qoşunları qoruyur.

    Ermənistanın ikinci şəhəri Gümrüdə Rusiyanin hərbi bazası var. Rusiya Ermənistanın Qarabağı işğal altında saxlaması üçün əsas təminatçısıdır. Azərbaycan üçün əsas Qarabağı qaytarmaqdır. Bunun üçün də Rusiyanı qarşımıza deyil, yanımıza almalıyıq. Düşmən ölkədə gedən son proseslər Azərbaycana fürsət yaradır, bundan yararlanıb torpaqlarının heç olmasa bir hissəsini qaytarmalıyıq.

    Torpaqlarımızın az bir hissəsini belə qaytarsaq, Qarabağ məsələsində status-kvo Azərbaycanın xeyrinə dəyişəcək”.

    Cavanşir ABBASLI,
    “Yeni Müsavat”скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.