• Rus Dili
  • Reklam
    » » AĞ partiya başqanının birinci müavini, politoloq Əhəd Məmmədli : "Zaxarçenkonun qətlinin məqsədi separatçılara psixoloji sarsıntı yaşadıb onları demoralizə etməkdir"
    

    AĞ partiya başqanının birinci müavini, politoloq Əhəd Məmmədli : "Zaxarçenkonun qətlinin məqsədi separatçılara psixoloji sarsıntı yaşadıb onları demoralizə etməkdir"

    3-09-2018, 21:40
    Oxunub: 109
    Şərhlər: 0
    Çap versiyası
    AĞ partiya başqanının birinci müavini, politoloq Əhəd Məmmədli : "Zaxarçenkonun qətlinin məqsədi separatçılara psixoloji sarsıntı yaşadıb onları demoralizə etməkdir"


















    Rusiya imkan vermədiyinə görə, Kiyev Donbası hələlik separatçılardan təmizləyə bilmir, amma terrorçuların rəhbərlərini məhv etməyə başlayıb.

    Bu sözləri Axar.az-a açıqlamasında politoloq Əhəd Məmmədli deyib. O bildirib ki, bu, çoxdan işlənmiş metoddur:

    “Vaxtı ilə türk kəşfiyyatı xaricdəki diplomatlarını öldürən ASALA-nı məhv etmişdi, İsrail tanınmış fələstinli mücahidləri aradan götürür, Rusiya Çeçenistanın keçmiş prezidenti Zalimxan Yandarbiyev və oğlunu Qətərdə cümə namazından çıxıb maşınına minəndə partlatmışdı və s. Bu cür statistikanı artırmaq da olar. Hazırda eyni metoddan Ukrayna istifadə edir. Zaxarçenko artıq neçənci ekstremistdir ki, Ukrayna kəşfiyyatı tərəfindən aradan götürülür. Bu separatçılara psixoloji cəhətdən ciddi zərbədir. Əgər yerli xalq yaraqlılara dəstək vermirsə, bu cür əməliyyatlar müsbət nəticə doğuracaq. Əksinə, yerli əhali separatçılara dəstək verirsə, ən azı könülləri onların tərəfindədirsə, ekstremistlərin başına yeni rəhbərlər gətiriləcək. O zaman qan, müharibə hələ çox davam edəcək”.

    Politoloq vurğulayıb ki, Donbas müharibəsinin yenidən uzun müddətə aktivləşəcəyini düşünmür:

    “Rusiya güclü olduğu müddət ərzində Ukrayna Donbasda irimiqyaslı hücuma başlamağa risk etməyəcək. Ukrayna indiki vəziyyətində Rusiyadan haqlı olaraq çəkinir. Digər tərəfdən, Ukrayna NATO üzvü olmayana qədər açıq şəkildə Rusiya ilə üz-üzə gəlməyə risk etməyəcək. İndiki durumda da Ukraynanın NATO üzvü olması inandırıcı deyil. Ən azı Almaniya ilə Fransa buna imkan verməyəcək. Almaniya ilə Fransa Ukraynaya görə Rusiya ilə savaşmaq fikrindən uzaqdır. Neçə ildir Gürcüstan və Ukraynanın NATO üzvlüyünün qarşısını alan ilk növbədə məhz Almaniya ilə Fransadır. Bunun səbəbi də Avropa Birliyinin Rusiya ilə üz-üzə gəlmək istəməməsidir. Ukrayna ilə Gürcüstan ərazi bütövlüyünə qovuşmayana qədər onların NATO-ya qapıları bağlıdır”.

    Politoloq qeyd edib ki, Zaxarçenkonun qətlinin məqsədi separatçılara psixoloji sarsıntı yaşadıb onları demoralizə etməkdir:

    “Bu terrorçunun qətlinin başında Kiyevin durması barədə səslənən ehtimallar inandırıcı təsir bağışlayır. Kiyev bununla Donbas separatçıları, Moskva və dünyaya göstərir ki, Donbasdan əl çəkən deyil və sonuna qədər öz ərazi bütövlüyü naminə mübarizə aparacaq”.

    Qeyd edək ki, Donetsk separatçılarının rəhbəri Aleksandr Zaxarçenko “Separ” kafesindən törədilən partlayış nəticəsində öldürülüb.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.