• Rus Dili
  • Reklam
    » » AĞ Partiya başqanının birinci müavini, politoloq Əhəd Məmmədli : " Bu görüşlər əsasən Türkiyə və Rusiya rəsmiləri ilə baş tutur"
    

    AĞ Partiya başqanının birinci müavini, politoloq Əhəd Məmmədli : " Bu görüşlər əsasən Türkiyə və Rusiya rəsmiləri ilə baş tutur"

    9-09-2018, 13:20
    Oxunub: 74
    Şərhlər: 0
    Çap versiyası
    AĞ Partiya başqanının birinci müavini, politoloq Əhəd Məmmədli : " Bu görüşlər əsasən Türkiyə və Rusiya rəsmiləri ilə baş tutur"
    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 15 sentyabrda Bakıya rəsmi səfərə gələcək. İddia olunur ki, səfər çərçivəsində Türkiyə və Azərbaycan prezidentlərinin görüşündə Qarabağ məsələsi əsas müzakirə mövzusu olacaq.

    Maraqlıdır, Ərdoğanla İlham Əliyev görüşündən sonra Qarabağ məsələsində hansısa irəliləyişə nail olmaq mümkün olarmı?

    Politoloq Əhəd Məmmədli Cebhe.info-ya açıqlamasında liderlərin görüşündə Qarabağ məsələsinin müzakirə olunacağını istisna etməyib. Ə.Məmmədli hesab edir ki, Azərbaycan və Türkiyə Qarabağ məsələsində Rusiyanı müəyyən məsələlərdə razı salmağa çalışır:“İndiki məqamda Qarabağ məsələsinin əsas müzakirə mövzusu olması inandırıcıdır. Son dönəmlər Azərbaycan intensiv diplomatik görüşlər keçirir. Bu görüşlər əsasən Türkiyə və Rusiya rəsmiləri ilə baş tutur.

    Çox güman ki Ərdoğanla da Əliyev Qarabağ mövzusunu müzakirə edəcək. İndiki dönəmdə Qarabağ məsələsində Azərbaycan üçün irəliləyiş Qarabağ məsələsində Türkiyə ilə Rusiyanın razılığa gəlib Azərbaycanın işğal olunmuş ərazilərini azad etmək naminə hərbi əməliyyatların başlanmasıdır.

    Bu məsələdə Azərbaycan Türkiyənin dəstəyini alaraq , Rusiyanı da razı salmaq istəyir. Azərbaycan-Türkiyə Rusiyanı razı sala bilsələr düşünürəm ki, Qarabağın azad edilməsi o qədər də uzaqlarda deyil”.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.