• Rus Dili
  • Reklam
    » » AĞ Partiya başqanının birinci müavini Əhəd Məmmədli : "Ankara sona qədər müqavimət göstərəcək"
    

    AĞ Partiya başqanının birinci müavini Əhəd Məmmədli : "Ankara sona qədər müqavimət göstərəcək"

    9-09-2018, 13:45
    Oxunub: 80
    Şərhlər: 0
    Çap versiyası
    AĞ Partiya başqanının birinci müavini Əhəd Məmmədli : "Ankara sona qədər müqavimət göstərəcək"
    Ərdoğan-Ruhani-Putin üçlüyünün ilk açıqlaması qaralama razılaşmanın mövcudluğunu, amma bu razılaşmanın ağlamaya köçürülməsi, rəsmi şəkildə təqdim edilməsi üçün hələ ikitərəfli görüşlərin keçirilməsinə ehtiyac olduğunu göstərir.

    Bu sözləri Axar.az-a Tehranda Türkiyə, Rusiya və İran liderlərinin iştirakı ilə keçirilən Suriya sammiti ilə bağlı danışan politoloq Əhəd Məmmədli deyib. O bildirib ki, Ərdoğan-Putin görüşünün nəticələrindən sonra hər şey məlum olacaq:

    “İlk mətbuat konfransı onu göstərdi ki, Moskva ilə Tehran İdlibə girməyə israrlıdır, Ankara isə buna sona qədər müqavimət göstərəcək. İdlib məsələsinin həll edilməsinin bir neçə yolu var: Birincisi, Ələvi rejimi İdlibə girməkdən vaz keçir. İkinci, Ələvi rejimi Moskva və Tehranın dəstəyi ilə İdlibə girərək, bu vilayəti işğal edib müxalifətin son qalasını məhv edir. Üçüncü, Ələvi rejimi Moskva və Tehranın dəstəyi ilə İdlibə girir və Ankaranın ciddi müqaviməti ilə rastlaşır. Dördüncü, Türkiyənin dəstəyi ilə müxalifət Hələb tərəfə əks-hücuma keçərək, Moskva ilə Tehranı geri otuzdurur və s...

    Hələlik ən məqbul variant birincidir. Amma Tehrandakı görüşdə çox məsələlərə aydınlıq Ərdoğanla Putin arasında ikitərəfli görüşün nəticəsi gətirəcək ”.

    Qeyd edək ki, ötən gün Tehranda Türkiyə lideri Ərdoğan, Rusiya lideri Putin və İran lideri Ruhaninin iştirakı ilə Suriya sammiti keçirilib.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.