• Rus Dili
  • Reklam
    » » Şahmar Mahmudov : Tələbə dostu Isparta Bələdiyyəsi (Böyük Memar Yusif Ziya Günaydın)
    

    Şahmar Mahmudov : Tələbə dostu Isparta Bələdiyyəsi (Böyük Memar Yusif Ziya Günaydın)

    13-12-2018, 01:18
    Oxunub: 109
    Şərhlər: 0
    Çap versiyası
    Şahmar Mahmudov : Tələbə dostu Isparta Bələdiyyəsi (Böyük Memar Yusif Ziya Günaydın)
    Bir Şəhər düşünün ve hemin şəhəri idarə edən Bələdiyyə başkanı düşünün.
    Türkiye Statistika Qurumunun (TÜİK) tərəfinfən yaşayış üçün en serfeli şəhər seçilən Isparta Şəhər daxili xalq avtobusu (Isparta Bələdiyyəsi tərəfindən idarə olunan S.S 18 nömrəli aftobus firması ) qiymətlərində endirimə getdi.Şəhər bələdiyyəsi ən ucuz bələdiyyə şüari ilə su,cənazə xidmətlərində də endirimə getmişdir.
    Şəhər Bələdiyyəsində alınan qərara görə 1 iyul 2018-ci il tarixindən sonra qaldığı yerin ünvanı (adres ünvanı) Ispartaya gətirən iptidai,orta,tam orta (Lise) və univerisitet tələbələri 1 TL-yə bizim manatla (Azerbaycan manatı) müqayisədə 0.32 qəpik Azərbaycandan 2 qəpik daha bahalı şəhər içi aftobuslardan istifadə edəbiləcəklər.
    Qeyd etmək istəyirəm ki,qabağkı illərə görə müqayisədə adreslərini Ispartada göstərmələri şərti 1 aydan 1 ilə qaldırılıb.
    Şəhər bələdiyyəsinin gətirdiyi endirim bununla da bitmir.Eyer yarım saat ərzində (30 dəqiqə) başqa bir aftobusa miniləcəksə bu səfərdə gedilən yerə qədər pulsuz gedəcəklər.
    Isparta Bələdiyyə Başkanı Böyük Mimar Yusif Ziya Günaydın: “Hər şey xalqımız üçün” şüarı
    Bələdiyyə başkanı “seçildiğimiz ilk gündən bu yana xalqım nə istəyərsə mən də onu edərəm” dedim və sözümün sonuna qədər arxasındayam .
    Isparta camaatı və tələbələri onsuzda yaşam sıxıntısı içərisindədir.Həyata keçirdiyimiz lahiyələr sayəsində Türkiyədə yaşanabilir bir şəhər olaraq seçilirik.Ancaq xalqmızın maliyyə cəhətdən rahat olması lazımdı.Bizdə Isparta Bələdiyyəsi olaraq öz sahəmizdə (Bələdiyyə sərhədləri içərisində) ən ucuz və keyfiyyətli xidmət etmək istəyirik.Yeni aldığımız bu qerarla xalqımıza və tələbələrimizə xeyirli uğurlu olsun dedik.
    Təsəvvür edin Azərbaycanda belə bir bələdiyyə sistemi var və tələbələrə və həmin ərazidə yerləşən xalqa belə qayğı nümayiş etdirilir.12 Dekabr 1999-cu ildə Bələdiyyələr haqqıında keçirilən referandum seçimlərində Azərbaycanda Bələdiyyələr haqında qanun lahiyəsi qəbul olunmuşdur.Buna rəğmən bələdiyələr normal bir bələdiyyə kimi işləyə bilmir.Səbəb isə çox sadədir şəhər və rayon icra hakimiyyətlərinə verilən səlahiyyətlərdi.
    Azerbaycan kimi neft və neft məhsulları ixrac edən ölkələrdə benzin qiymətləri çox ucuzdur,amma Azərbaycanda tam tərsinə çox bahaldır.Benzin qiymətləri çox bahalı olduğuna görə,şəhər içi marşurutlarda qiymetlere öz tesirini gösterir.Türkiyede benzin və benzin məhsulları cox bahalıdır səbəb isə (neft və neft məhsullarını itxal etdiyinə görə),amma buna baxmayaraq Isparta bələdiyyəsi şəhərdə yaşayan şəhər xalqı və tələbələrin rifahını yaxşılaşdırılması üçün belə lahiyələr həyata keçir.
    QEYD:Türkiyede 25.11.2018 – il tarixinə görə benzinin bir litrinin qiyməti 5.50-dən 6.39 TL (Türk Lirası) arasnda dəyişir.TL-nin Azerbaycan manatı ilə müqayisədə 1.77 manatdan 2.05 manata qədər qiymət fərqi vardı.(gündəlik və həftəlik benzin qiymətləri Türkiyədə dəyişir.Sabit benzin qiymətləri yoxdur)
    Sonda onu demek istəyirəm ki,bari heç olmaya şəhər bələdiyyələrin səlahiyyətlərini icra edən İcra Hakimiyyətləri belə bir lahiyələr başlatsalar çox nümunəvi bir addm kimi dəyərləndirmək olar və həmin şəhər üzrə orada yaşayan yerli xalq və tələbələrin həyat şəraitinin yaxşılaşdırılmasında azda olsa köməklik etmiş olarlar.

    Şahmar Mahmudov SDÜ (Süleyman Dəmirəl Univerisiteti) İİBF (İqtisadiyyat və İnzibati Elmlər Fakultəsi) SBKY Bölümü (Siyaset Bilimləri Dövlət İdare Etmə Bölümü) dördüncü kurs tələbəsi
    Agxeber.comскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.