• Rus Dili
  • Reklam
    » » AĞ Partiya Tural Abbaslıyla bağlı bəyanat yaydı
    

    AĞ Partiya Tural Abbaslıyla bağlı bəyanat yaydı

    14-02-2019, 22:03
    Oxunub: 546
    Şərhlər: 0
    Çap versiyası
    AĞ Partiya Tural Abbaslıyla bağlı bəyanat yaydı
    AĞ Partiya başqanı Tural Abbaslı Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) dəvət olunub. BŞBPİ rəisinin birinci müavini idarədə Tural Abbaslıyla görüşüb.

    Agxeber.com xəbər verir ki, bu barədə AĞ Partyanın mətbuat xidməti məlumat yayıb.

    Fevralın 14-də AĞ Partiyanın başqanı Tural Abbaslı Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunub. Orada məlum olub ki, dəvətin səbəbi Tural Abbaslının Qarabağ Komitəsinin 13.02.2019-cu il tarixində keçirilən iclasında Qarabağla bağlı kütləvi aksiyaların keçrilməsinə dair etdiyi sərt çıxışdır. Tural Abbaslıyla BŞBPİ-i rəisinin birinci müavini, BŞBPİ-nin Cinayət Axrarış şöbəsinin rəisi, həmçinin BŞBPİ-nin İctimai Təhlükəsizlik şöbəsinin rəisi görüşərək rəsmi çıxışla bağlı qeyri qanuni xəbərdarlıq ediblər. Guya Tural Abbaslının çıxışında hansısa qanun pozuntusuna səsləniş olub. T.Abbaslı bu dəvətə və xəbərdarlığa öz etirazını bildirib və bu əməlin qanunsuz olduğunu qeyd edib. Həmçinin nəzərdə tutulan çıxışında hansısa qanunsuz çağırışın olmadığını bildirib,p olisin bu əməlinin DİN-nin siyasi proseslərə kobud müdaxiləsi olduğunu xatırladıb.

    AĞ Partiya bildirir ki, polisin bu cür dəvətləri və siyasi proseslərə bu formada müdaxilə cəhdləri demokratik, hüquqi və konstitusion dövlətlərin xarekterinə zidd hərəkətlərdir. Belə kobud müdaxilə və təzyiqlər Azərbaycanın bir dövlət kimi dünyadakı imicinə də böyük zərbə vurur. AĞ Partiya olaraq bu günə qədər qanunların və konstitusiyanın bizə verdiyi hüquqlar çərçivəsində fəaliyyət göstərmişik. Bu gündən sonra da bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyuk. Eyni zamanda onu da vurğulayırıq ki, partiya olaraq hüquqlarımızdan istifadə etmək üçün hansısa orqan və şəxslərdən icazə və razılıq almaq niyyətində deyilik. Bizim üçün Azərbaycan qanunlarından yüksəkdə heç bir şəxs və orqan dayanmır, danyanmayacaq da.

    Həmin çıxışa buradan (36:54-cü dəqiqədən) baxa bilərsiniz
    скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.