• Rus Dili
  • Reklam
    » » Türkmənçay müqaviləsi ilə bağlı böyük yalan – Alim açıqladı
    

    Türkmənçay müqaviləsi ilə bağlı böyük yalan – Alim açıqladı

    21-02-2019, 14:22
    Oxunub: 209
    Şərhlər: 0
    Çap versiyası
    Türkmənçay müqaviləsi ilə bağlı böyük yalan – Alim açıqladı“1827-ci ilin sonlarından başlayaraq 1828-ci ilin əvvələrinə qədər davam edən Rusiya-Türk Qacar imperiyası arasında gedən müharibə zamanı Naxçıvan və İrəvan xanlığı da süqut etdi. 1828-ci il fevralın 10-da da Qacar Türk imperiyası məğlubiyyət sənədinə imza atdı. Bəli, bu kapitulyasiya idi”.

    Agxeber.com teref.az saytına istinadən xəbər verir ki, bunu tarixçi-alim Dilavər Əzimli deyib.

    Türkmənçay müqaviləsi ilə bağlı böyük yalan – Alim açıqladı

    Onun sözlərinə görə, bu sənəd birbaşa Rusiyanın diqtəsi ilə yazılmışdı:

    “Buna görə də sənədlərdə “Persiya” yazdılar. Əslində, bu müharibədə Persiya iştirak etmirdi. Müharibə Türk Qacar imperiyası tərəfindən aparılırdı. Mənbələrdə “Dövləti-Qacariyyə”, yaxud “Qorunan Dövlətlər Məmləkəti” yazılıb. Bu, birbaşa qədim türk ənənələrindən gələn konfedarativ idarəçilik forması idi. Bunun vilayətlərindən biri də Persiya idi. Bu imperiyada çoxsaylı bütün xalqların dilində mədrəsələr, məktəblər var idi.

    Amma kapitulyasia sənədlərində yalnız “Persiya” yazdılar. Bu, tarixi birbaşa təhrif etmək və fars şovinizmini dirçəltmək idi.

    Bundan sonra Türk Qacar imperiyasının faciəli günləri başladı. Rusiyaya təzminat ödəyə bilmədiklərinə görə təzminatı İngiltərə ödəməyə başladı. Bununla da İngiltərə siyasi və iqtisadi məsələlərə girişdi. İngiltərə də buranı Persiya adlandırdı. Fransızlar Persiya yazsalar da, heç olmasa Türko-Persian dedilər. İngiltərə və Rusiya tədricən bu ərazilərə hakim oldular.

    İngiltərə Malkolm kimi casuslarını bura göndərdi. O da “Persiya tarix”ni yazdı. Malkolm kimi casuslar burada böyük casus şəbəkəsi yaratdılar və Hindistan Türklüyü ilə Qacar Türk imperiyası arasında böyük sədd çəkdilər. Əsas məqsəd gələcəkdə Osmanlı Türklüyünü də məhv etmək idi”.

    Dilavər Əzimli bildirib ki, Qacar şahzadələri İngitərə və Rusiyanın “siyasi mətbəx”indən asılı idilər:

    “XX əsrin əvvəllərində vəziyyət daha da gərginləşdi və nəhayət, 1924-25-ci illərdə İngiltərə siyasəti Məhəmməd Rza şah Pəhləvini iqtidara gətirməklə min illik türk hakimiyyətinə son verdilər. Pəhləvilər də tarixdə ermənilər kimi saxtakarlıq etdilər və İngiltərənini göstərişi ilə İran adını siyasiləşdirdilər. Bu vaxta qədər İran adı nə siyasi, nə də coğrafi əhəmiyyət kəsb edirdi. İran deyilən söz uyduruldu.

    Bütün mənbələr təhrif edildi, yenidən yazıldı. İngiltərə altı cildlik “İranın Kembric tarixi”"ni yazdırdı. Bu tarix cəfəngiyyatlarla dolduruldu.

    Rusiya, daha sonra SSRİ də bu sahədə böyük saxtakarlıqlara yol verdi. Cild-cild yalançı İran tarixləri qələmə alındı. Təfəkkürü dəyişdilər. İndi bizim tədqiqatçıların çoxu bu təfəkkürün daşıyıcılarıdır. Problemə həqiqət güzgüsündən baxa bilmirlər. Çünki hələ də ərəb təfəkkürü, fars təfəkkürü, Avropa təfəkkürü, Rusiya təfəkkürü ilə düşünürlər.

    Buna görə də o dövrə münasibətdə İran sözünü işlədirlər. Bütün bunlar bizim bütövlük şüurumuzu yaraladı. Bu gün neçə faiz insan tarixi bütövlük şüurunu daşıyır? Yəqin ki, çox az. Faciəmiz də bundadır”.

    Qeyd edək ki, 1828-ci il fevralın 10-da Qacar imperiyası ilə Rusiya imperiyası arasında Türkmənçay müqaviləsi imzalanıb.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.