• Rus Dili
  • Reklam
    » » Əhəd Məmmədli:"İranın Azərbaycandakı ştatdankənar agentura simaları əl-ayağa düşüblər"
    

    Əhəd Məmmədli:"İranın Azərbaycandakı ştatdankənar agentura simaları əl-ayağa düşüblər"

    3-03-2019, 00:22
    Oxunub: 346
    Şərhlər: 0
    Çap versiyası
    Əhəd Məmmədli:"İranın Azərbaycandakı ştatdankənar agentura simaları əl-ayağa düşüblər"
    İran, xarici siyasətində səhvi səhvin arxasınca etməkdə davam edir. İndi də İran prezidenti və Ermənistan baş nazirinin birgə şəklində farsca "Biz birik" yazılmış şəkli yayılıb. Bəli, İran Azərbaycanla deyil Ermənistanla birdir. Paşinyanın Tehran səfəri bu həqiqəti bir daha təsdiqlədi.

    İranın son anti-Azərbaycan addımları bu dövlətin ölkəmizdəki "beşinci kalonu"nu çox pərt vəziyyətə salıb. İranın Azərbaycandakı ştatdan kənar agentura şəbəkəsinin əsas simaları yaman əl-ayağa düşüblər. Bilmirlər necə vəziyyəti düzəltsinlər. İndi də başlayıblar ki, guya bu (Paşinyanın Xocalı soyqırımı günü ərəfəsində İrana səfəri) pravokasiyadır, sabotajdır və s. Guya bütün bunlardan dini rəhbərliyin xəbəri yoxuymuş. Bununla da dolayısı yolla günahı İranın dini liderlərindən siyasi hakimiyyətin üstünə atmaq istəyirlər. Yaxşı, tutaq ki, xəbəri yoxdursa onda niyə Xamnei də Paşinyanı qəbul etdi?!

    Tehran Bakıda pul verdiklərini buraxıb "oborota" ki, onu müdafiə etsinlər. Bu zavallılar da Tehrandakı sahiblərini bilmirlər necə müdafiə etsinlər əllərinə, üzlərini bulaşdırırlar...
    Paşinyanın Tehranda erməni icması ilə görüşdə erməni dilində yazılan "Qarabağ Ermənistanındır, son" sloqanına cavab veriləcək, söyləmişdim. Cavab da özünü gözlətmədi, ertəsi gün Təbrizdə Traxtursazinin futbol meydanında türk dilində "Qarabağ Azərbaycanındır" çoxminli nümayişi keçrildi. Rəsmi Tehran odla oynayır. Azərbaycanın üstünə belə getmək olmaz. Güman edirəm nə qədər böyük səhv etdiklərini anladılar. Əks halda İranı silkələyəcək təlatümlər gözlənilə bilər. Tehranda unutmasınlar ki, onların bizimlə müqayisədə zəif yerləri qat-qat çoxdur...

    Əhəd Məmmədli.
    AĞ Partiya başqanının birinci müavini, politoloq


    Əhəd Məmmədli:"İranın Azərbaycandakı ştatdankənar agentura simaları əl-ayağa düşüblər"
    Paşinyanın paylaşaraq yazdığı "Biz birik" (farsca) məlum söz.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.