• Rus Dili
  • Reklam
    » » Aşbaz Mirmövsüm Dadaşov: “Zəngin mətbəximizi Ankaralılara nümayiş etdirməkdən böyük zövq alırıq”
    

    Aşbaz Mirmövsüm Dadaşov: “Zəngin mətbəximizi Ankaralılara nümayiş etdirməkdən böyük zövq alırıq”

    9-03-2019, 13:09
    Oxunub: 37
    Şərhlər: 0
    Çap versiyası
    Aşbaz Mirmövsüm Dadaşov: “Zəngin  mətbəximizi Ankaralılara nümayiş etdirməkdən böyük zövq alırıq”
    Xəbər verdiyimiz kimi Türkiyə Respublikasının paytaxtı Ankara şəhərində Azərbaycan mətbəxi günləri öz işini uğurla davam etdirir. Dünən təntənəli açılış mərasimi keçirilən tədbir boyunca qonaqlarda təkcə ölkəmizin zəngin mətbəx ənənəsi ilə deyil, eyni zamanda bütövlükdə mədəni irsi, mənəvi zənginlikləri ilə bağlı dolğun təəssurat yaranacaq. Azərbaycanın Türkiyədəki səfirliyinin, Ankara Hilton SA Otelinin və Buta Baku Kafenin birgə təşkilatçılığıyla gerçəkləşən bu tədbirdə Azərbaycan mətbəxindən ən müxtəlif nümunələri qonaqlara hazırlayıb təqdim edən aşbazlardan Mirmövsüm Dadaşovdan tədbirlə bağlı fikirlərini öyrəndik. Məşhur aşbaz Agxeber.com-a verdiyi açıqlamada bildirdi ki, Azərbaycan zəngin mətbəx ənənələrini və ümumiyyətlə tarixi keçmişini tanıtmaq baxımından bu kimi tədbirlərin önəmi çox böyükdür: “Bu gün Azərbaycan Milli Kulinariya Mərkəzindən gələn aşbazımız Tural Bayramovla bir yerdə biz təkcə yemək bişrməklə kifayətlənmədik, həm də bu hazırladığımız ləziz təamlarımızı gələn qonaqlarımıza təqdim etdik, hər bir yemək haqqında ayrı ayrılıqda məlumat verdik. Bu məlumat sadəcə yeməklərlə bağlı deyildi, həmin yeməklərin hazırlandığı bölgələrimizlə, oranın tarixi, mədəniyyəti ilə bağlı idi. Biz Azərbaycanımız haqqında danışanda görürük ki, insanların üzündə necə maraq,heyrət dolu təbəssüm yaranır və onlar bu sərgidən eyni zamanda mənəvi zövq alırlar. Ecazkar muğamımızın sədaları altında təamlarımızı dadan qonaqlarımız ölkəmiz haqqında zalda quraşdırılan nəhəng bilboardlarda göstərilən videoçarxlar vasitəsi ilə dolğun məlumat da əldə etmiş olurlar. Hər zaman çalışırıq ki, olduğumuz, iştirak etdiyimiz bütün tədbirlərdə ölkəmizi, onun mətbəxini layiqincə təmsil edək. Mən sizin vasitənizlə bu tədbirin təşkilatçılarına, başda cənab səfirimiz hörmətli Xəzər İbrahim olmaqla Azərbaycanın Türkiyədəki səfirliyinin bütün əməkdaşlarına, “Buta Baku Kafe”nin və Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbərliyinə öz dərin təşəkkürümü bildirirəm. Harda olursaq olaq, zəngin mətbəximizi nümayiş etdirməkdən böyük zövq alırıq”
    Aşbaz Mirmövsüm Dadaşov: “Zəngin  mətbəximizi Ankaralılara nümayiş etdirməkdən böyük zövq alırıq”скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.