• Rus Dili
  • Reklam
    » » Bizim hekayəmiz
    

    Bizim hekayəmiz

    12-03-2019, 15:02
    Oxunub: 271
    Şərhlər: 0
    Çap versiyası
    Bizim hekayəmiz
    Bizim Hekayəmiz

    Üləma deyir ki, qüdrət, güc artdıqca, çoxaldıqca onu dəngədə tutacaq, onu balanslaşdıracaq ünsür ədalət deyil, əksinə mərhəmətdir. Yəni, çox qüdrətli olunsa belə qalıcı nizam üçün ədalətli olmaq yetərli deyil, mərhəmətli olmaq əsasdır.
    Ədalət təbiəti gərəyi, təməlində “ayrılığı”, “ikibaşlılığı” əsas alan, mərhəmət isə təməlində məhəbbəti, sevgini əsas alan qavramlardır.
    Loruca desək, ədalət qavramının ortaya çıxması üçün iki şəxs arasında ixtilaf çıxmalıdır və üçüncü şəxsdən xahiş edilməlidir ki, bu ixtilaf üçün ikili arasında hakim rolu oynasın. Mərhəmətin olduğu yerdə isə mütləq mənada sevgi və məhəbbət vardır.

    Hətta bizim mədəniyyətimizdə qardaşlar arasında ixtilaf çıxdığı zaman ədalətlə deyil, mərhəmətlə hökm vermək məqbul sayılmaqdadır. Çünki, təcrübə göstərir ki, ədalətlə hökm verdiyimizdə dərin çatlaqlar və küskünlüklər yaradacaq nəticələr ortaya çıxmaqdadır. Yəni bizim kültürümüzdə “al götür, hamısı sənin olsun” yanaşması, ixtilafları ortadan qaldıran və yenidən birliyi, bərabərliyi, nizamı təmin edən faktordur. Hələ də günümüzdə bu qəbildən yaşanan dərin qardaş-qardaş, qardaş-bacı küskünlüklərinin köklərində bunun yaşandığını və yatdığını müşahidə edə bilərsiniz.
    Baxdığımızda, Amerikanı acımasız və sərt şəkildə tənqid edən kinorejissor Larsın (dogville, manderlay) verdiyi cavab da bu qəbildəndir və düşündürücüdür: “Amerika çox qüdrətli dövlətdir. Onun ədalətdən daha çox mərhəmətli olmağa ehtiyacı vardır ”.
    Nəzərə alsaq ki, dünyada ən çox vəkilin, ədalətin gündəmdə olduğu ölkə Amerikadır, asanlıqla demək olar ki, bu cəmiyyət ən çox ixtilafın, qarşıqlığın yaşandığı ölkədir.

    Bu qısa haşiyə ona görə verilir ki , cəmiyyətlər üçün sevgi və mərhəmət yavaş belə işləsə, ədalətdən daha təsirli, daha qalıcı bir yoldur. Və ona görə verilir ki, biz təməlində mərhəmətin hökm sürdüyü bir mədəniyyətin insanlarıyıq. Kültür kodekslərimizin istinad nöqtələrində mərhəməti əsas aldığımız üçündür ki, xüsusiylə qərb mədəniyyətindən fərqli olaraq özümüzə xas ƏŞYA, DÜNYA və İNSAN yorumumuz, təsəvvürümüz vardır.
    Bizim yorumlarımız bizim hekayələrimizdir.
    Bizim hekayələrimizdə, qərbdə olduğu kimi Hz.Həvva Hz.Adəmi cənnətdən qovduran biri deyildir ki, ilk qadın obrazı neqativ sayılsın.
    Bəli, qərb mənşəli qadın təfəkkürünün tarixi köklərində qadın hər zaman neqativ bir obraz kimi bilinib. Qərbin qadına “ədalətinin” köklərində qadınla barışıq olmayan bir təfəkkür vardır . İxtilafın, çatışmanın olduğu bir tarixi proses yaşanmış və nəticə olaraq feminizm hərəkatı ortaya çıxmışdır. Yəni, bu tarixi prosesin ədalətli nəticəsi olaraq feminizm hərakətı yaranmışdır.

    Bizim hekayələrimizdə isə qadın hər zaman pozitivdir, dəyərlidir və önəmlidir
    Bizim hekayələrimizdə qadın təsəvvürü, qadın yorumu qərbdə olduğu kimi deyil ki, eyni nəticə göstərsin.
    Bizim hekayələrimizdə qadının, qərbdə olduğu kimi keçdiyi ixtilaflı, çatışmalı tarixi proses yoxdur ki, onlara xas olan ənənə, onlara xas olan qavramlar məcmuası bizdə qarşılıq tapsın.
    Bizim hekayələrimizdə, ailə vardır və qadın bu qurumun ən ali parçasıdır.
    Bizim hekayələrimizdə qərbdə olduğu kimi ya olmayan ya da deqredasiya olmuş ailə institutları yoxdur ki, keçirilən və ya keçiriləcək feminizm səpkili təbliğatlar önəm qazansın!
    Bizim hekayələrimizdə ailə maraq və sevgisindən uzaq, ruh köklərini itirən insanlar yoxdur çox şükür!

    Bizim hekayəmiz

    Bu gün bizə, bizim hekayələrimizə müxalif olan, sapı bizdən olub zehni, beyni yadlar tərəfindən işğal olunmuş, kimliyi bəlirsiz, nadir və analoqsuz kütlə fərqində olmalıdır ki, 8 mart günü elədikləri yürüyüşə verdikləri mənanın bizdəki qarşılığı məzə mövzusundan başqa bir şey deyil, olmayıb və olmayacaqdır!
    Vəssalam!

    Rəvan Şirvani
    AĞ Partiya başqanının İdeoloji məsələlər üzrə müşaviriскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.