• Rus Dili
  • Reklam
    » » Tural Abbaslı Yeni Zelandiyada terror aktında şəhid olanlar üçün başsağlığı verdi
    

    Tural Abbaslı Yeni Zelandiyada terror aktında şəhid olanlar üçün başsağlığı verdi

    15-03-2019, 23:49
    Oxunub: 107
    Şərhlər: 0
    Çap versiyası
    Tural Abbaslı Yeni Zelandiyada terror aktında şəhid olanlar üçün başsağlığı verdi
    Martın 15-də Yeni Zelandiyada müsəlmanların ibadət etdiyi məsciddə terror hadisəsi baş verib

    AĞ Partiya başqanı Tural Abbaslı, Yeni Zelandiyada baş verin terror aktı barədə bunları bildirib: Biz deyəndə ki, "terrorçunu dini, milləti, irqi olmaz" bizə deyirdilər ki, " yox bu məhz islam terrorudur". Bu məntiqi ilə yanaşsaq o zaman bu gün Yeni Zelandiyada 49 günahsız müsəlmanın qətli və 40-a yaxın insanın yaralanması ilə nəticələnən terrorun adı da məhz "xiristian terrorudur" və icraçı da məhz "terrorçu xiristiandır". Dünyanın harasında olur olsun, səbəb nə olur olsun, günahsız insanların öldürülməsini şiddətlə lənətləyirəm. ALLAHın verdiyi canı, ondan başqa kimsənin almağa haqqı yoxdur.

    Buradan həm öz adımdan, həm də AĞ Partiyanın adından Yeni Zelandiya dövlətinə, şəhid olanların ailələrinə başsağlığı verir, yaralılara uca ALLAHdan şəfa diləyirəm. İcraçıların və sifarişçilərin tezliklə tapılaraq ən ağır şəkildə cəzalandırılacağına ümid edirəm.

    P.S. Sonda özünə müsəlman deyən hansısa ruhi xəstənin törətdiyi terrordan sonra ortalığa atlanaraq lənətlər yağdıran, ədalət tələb edən, bütün İslam dünyasını şiddətlə tənqid edən "müstəmləkə aydınlarına" səslənirəm - səsiniz gəlmir "bəylər və xanımlar". Bu anda susacaqsınızsa əbədi olaraq susun, kor olun, kar olun, qalın qaldığınız yerdə. Yerli, yersiz ulaşıb ürəyimizi bulandırmayın.


    Agxeber.com
    скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.