• Rus Dili
  • Reklam
    » » Kənd yumurtası, Zelandiya yağı və Azərbaycan - Mahir Abbasın yazısı
    

    Kənd yumurtası, Zelandiya yağı və Azərbaycan - Mahir Abbasın yazısı

    19-03-2019, 20:55
    Oxunub: 163
    Şərhlər: 0
    Çap versiyası
    Kənd yumurtası, Zelandiya yağı və Azərbaycan - Mahir Abbasın yazısı


    Kənd yumurtası, zellandiya yağı və Azərbaycan.

    Bir neçə gün əvvəl bütün İslam dünyası və vicdanlı qeyri-müsəlmanlar sabahlarını sarsıdıcı xəbərlə açdılar. Radikal xristian öz terror planlarını günahsız insanların ibadətgahında reallaşdırmışdı. Dünya ictimaiyyəti bütün məsələlərdə olduğu kimi bu dəfə də ortaya həmrəylik qoymağı bacarmadı, ya da qoymadı. Bəziləri bu vəhşiliyi sərt şəkildə qınadı, bəziləri mızıldandı, bəziləri isə sadəcə susdu.

    Ancaq bütün bu proseslərin çərçivəsində ən diqqət çəkəni terror hadisəsinin günahını utanmadan müsəlmanların boynuna atmağa çalışan Yeni Zelandiyalı bürokratın başı ilə yumurta yeməsi oldu. Bəli başı ilə, ağzı ilə yox. Çünki başı ağzından boş olduğu üçün bu daha uyğun idi. Bu uyğunluğu isə zelandiyalı gənc çox yaxşı və vaxtında qiymətləndirdi. Vaxtilə bala Buşa selbələnən ayaqqabıdan da sərrast oldu bu yumurta zərbəsi.

    Bəs niyə məhz yumurta? Təəsüf ki, biz o gənclə hal-hazırda dialoqa girmək imkanında olmadığımız üçün bu sual üçün özümüz baş sındırmaq məcburiyyətindəyik. Fikrimcə yumurtanın tərkibində olan vitaminlər və protein, düşünmək qabiliyyətindən məhrum insanlar üçün dərman əvəzi ola bilər. Əgər bu insanların düşüncəsizliyi cəmiyyət üçün təhlükəli həddə çatırsa, onda məcburi şəkildə onları yumurtayla toqquşdurmaq lazım gələ bilər.

    Qədim misirdə insanlar qutan yumurtasını Tanrı yolunda qurban edirdilər. Müasir azərbaycanlılarda isə yumurta ilə bir-birlərinin gücü ölçülür Novruz bayramında. Kimin yumurtası qırılırsa, o uduzur. Söz vaxtına çəkər, bəlkə elə bu günlərdə nəsə etmək olar? Görəsən Yeni Zellandiyadakı yumurta təcrübəsini ölkəmizdə tətbiq etsək, mənzərə necə olar? Məncə ölkəmizin toyuqları bu yükün altından çıxa bilməz. Ölkədə bir çox sarsaq adam var ki, onlara yumurta çatdırmaq praktiki cəhətdən mümkün olmaz. Yeridiyi yola tüpürən kim, rüşvət alan kim, ucuz alıb baha satan kim, söz verib tutmayan kim, buna işləyib ona iş verən kim, qabaqda yalmanıb arxadan vuran kim. Məncə ölkəmizin toyuqları və xoruzları bu insanlardan daha dəyərlidir, onlara heç nə uğrunda əziyyət verməyin yeri yoxdur. Odur ki, qoy rahat yaşasınlar.


    Mahir Abbasскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.