• Rus Dili
  • Reklam
    » » Rusiya-Belarus kimi Türkiyə-Azərbaycan ittifaq dövləti yarana bilər
    

    Rusiya-Belarus kimi Türkiyə-Azərbaycan ittifaq dövləti yarana bilər

    25-03-2019, 11:05
    Oxunub: 169
    Şərhlər: 0
    Çap versiyası
    Rusiya-Belarus kimi Türkiyə-Azərbaycan ittifaq dövləti yarana bilərƏhəd Məmmədli: “Türkiyə ilə ittifaqımız zərurətə çevrilir”
    Rusiya ilə Belarus arasında 20 ildir ittifaq dövləti mövcuddur. Bu da hər zaman Türkiyə-Azərbaycan arasında belə bir dövlətin nə üçün yaradılmaması sualını gündəmdə saxlayır və ittifaq dövlətinin yaradılmasının vacibliyi hər zaman önə çəkilir.

    Politoloq Əhəd Məmmədli belə bir ittifaqı zərurət sayır: “Öncəliklə indiki şəraitdə çox önəmli bir mövzuya toxunduğunuz üçün sizə təşəkkür edirəm. Bu məsələ dəfələrlə gündəmdə olub. Mərhum Turqut Özal və Əbülfəz Elçibəy tərəfindən Türkiyə ilə Azərbaycan arasında konfederasiya və ya federasiya qurmaq fikirləri əvvəllər də səsləndirilib. Bəlkə də, Özalla Elçibəy hakimiyyətdə çox qalsaydılar, Türkiyə ilə Azərbaycan arasındakı ittifaq planları reallaşa bilərdi. Bundan sonra da Türkiyə-Azərbaycan ittifaqı məsələsi dəfələrlə müxtəlif şəxslər tərəfindən qaldırılıb. İndi də bu mövzu aktuallığını itirməyib. Əksinə, regionda cərəyan edən hadisələr onu göstərir ki, Türkiyə-Azərbaycan müttəfiqliyi mövzusu daha da aktuallaşır. Türkiyə ilə Azərbaycan Rusiya və Belarusdan bir-birlərinə daha yaxındırlar. Ruslarla belaruslar özlərini ayrı-ayrı millətlər hesab edirlər, türkiyəlilərlə azərbaycanlılar isə özlərini eyni türk milləti sayırlar. Ona görə Türkiyə-Azərbaycan birliyi daha real və məqsədəuyğundur. Ələxüsus da indiki dövrdə Rusiya-İran-Ermənistan üçlüyünün Azərbaycanın üstünə gəldiyi dönəmdə qardaş Türkiyə ilə ittifaqımız zərurətə çevrilir. Azərbaycan Cümhuriyyətinin qurulması Türkiyə dövlətinin sayəsində oldu. Bu bir tarixi faktdır. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra dövlətçiliyimizin qorunub saxlanılmasında da Türkiyə Cümhuriyyətinin faktoru inkar edilməzdir. Çox uzağa getməyək, 2000-ci ili yada salaq. İran qırıcıları, döyüş gəmiləri bizim səma və dəniz sərhədlərini dəfələrlə pozaraq Salyana qədər qəlib çıxmışdılar.

    Açıq danışaq, o vaxt Azərbaycan İrana cavab verməyə aciz qaldı. Və həmin gərgin anlarda həmişə olduğu kimi qardaş Türkiyə yanımızda oldu. Türk hərbi qırıcılarının Bakı səmasında uçması İranı geri çəkilməyə məcbur etdi. Bütün bunlar onu göstərir ki, İstanbulda, Ankarada türk bayrağının dalğalanması belə Azərbaycanın müstəqilliyinin təminatçısı, qoruyucusudur. Son hadisələr bunu göstərdi ki, İran yenə Azərbaycanın üstünə gedir, amma bu dəfə tək üstümüzə gəlmirlər, farslar Rusiyanı arxasına, Ermənistanı da yanına alaraq üstümüzə gəlirlər. Belə olan şəraitdə Azərbaycan təhlükəsizliyi naminə qardaş Türkiyə ilə siyasi-hərbi ittifaq sazişi imzalanmalıdır. Nəzərə alsaq ki, 2019-cu il Qarabağ məsələsində sınma ili ola bilər, hər tərəfdən qorunmaq məqsədilə Naxçıvanda və Abşeron yarımadasında Türkiyə hərbi bazaları qurulmalıdır. Bununla kifayətlənməyib Rusiya və İranla sərhədlərimizi Azərbaycan silahlı qüvvələri ilə bərabər Türkiyə hərbi kontingenti birlikdə qorumaq məhsuliyyətini bölüşməlidirlər. Nəzərə alsaq ki, qardaş Türkiyə həmçinin NATO üzvüdür, bununla Azərbaycan həm də dünyanın ən güclü hərbi alyansının çətiri altında müdafiə edilmiş olur. Bütün bunlarla kifayətlənməyib Türkiyənin İraq və Suriya ilə sərhədlərinin birgə qorunması üçün Azərbaycan hərbçiləri də ora göndərilməlidir. Türkiyə silahlı birləşmələri ilə birlikdə 1000 nəfərdən ibarət Azərbaycan əsgər və zabit heyəti də Suriyada PKK-ya qarşı antiterror əməliyyatında iştirak edə bilər. Necə ki, vaxtilə Çanaqqalada qardaşlarımıza kömək etdik, indi də kömək etməliyik. Dar günlərimizdə həmişə bir-birimizin yanında olmuşuq, indi də bir-birimizin yanında olmalıyıq”.

    Politoloq onu da qeyd etdi, Türkiyə Azərbaycanın, Azərbaycan da Türkiyənin yanında olmalıdır: “Yuxarıda qeyd edilənlər çox qısa zamanda həyata keçməlidir ki, şimal və cənub sərhədlərimiz təhlükəsizlik alanına çevriləndən sonra sakit şəkildə Qarabağda antiterror əməliyyatını keçirə bilək. Bütün bu söylədiklərim bu il olmalıdır. Vaxt düşmənlərimizə işləyir, ona görə tələsməliyik. Türkiyə-Azərbaycan ittifaq dövlətinin qurulması üçün yuxarıda qeyd edilən addımlar atılmalıdır. Bu addımların atılması indiki şərtlər çərçivəsində artıq zərurətə çevrilib. Bütün bunlar bu gün edilməlidir ki, sabah gec olmasın. Türkiyə-Azərbaycan ittifaq dövlətinin ən böyük üstünlüyü vahid Turan dövlətinə atılan real addımın başlanğıcıdır. Türkiyə-Azərbaycan ittifaqımız Türk Birliyinə doğru atılan ən real addım olacaq. Avtomatik olaraq da Azərbaycan dünyanın ən güclü siyasi-hərbi alyansı olan NATO-nun bir hissəsinə çevriləcək. Bununla da şimal və cənub sərhədlərimizin təhlükəsizliyini təmin edəcəyik. Və ən başlıcası Türkiyə-Azərbaycan müttəfiq vahid dövləti ərazi bütövlüyümüzə qovuşmağın, Qarabağın qaytarılmasının ən başlıca səbəbi olacaq. Özünüz də qeyd etdiyiniz kimi, Rusiya ilə Belarus arasında münasibətlər Türkiyə-Azərbaycan münasibətləri qədər yaxın deyil. Çünki onlar bir millət deyil, biz isə bir millətik! Rusiya Belarusa qarşı səmimi olmadığından Belarus Rusiya ilə birləşmək istəmir, ona görə onların münasibətlərində heç nə dəyişmir. Türkiyə-Azərbaycan münasibətlərində isə vəziyyət kardinal şəkildə fərqlənir. Türkiyə ilə Azərbaycan arasında eyni millət bağları möhkəmdir. İki ölkə arasında sevgi, inam, iman üzərində qurulan əsrlərə dayanan münasibətlər var. Ona görə Türkiyə ilə Azərbaycan arasında vahid dövlət projesi müsbət mənada nəinki təkcə bu iki ölkə üçün, bütün türk dünyası üçün çox şeyi dəyişəcək. NATO-nun bu məsələyə münasibətinə gəldikdə isə təbii ki, bu qurum türk dünyasının dirçəlməsi və böyük Turanın qurulmasını heç istəməz. Lakin Türkiyə gücləndikcə və Azərbaycanın bu məsələdə siyasi iradəsi güclü olduqca NATO belə türk birliyinə əngəl ola bilməyəcək”.

    “Yeni Müsavat”скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.