• Rus Dili
  • Reklam
    » » Ankara Heydər Əliyev Parkında şənlik - Foto
    

    Ankara Heydər Əliyev Parkında şənlik - Foto

    26-03-2019, 12:39
    Oxunub: 256
    Şərhlər: 0
    Çap versiyası
    Ankara Heydər Əliyev Parkında şənlik - Foto
    Türkiyənin paytaxtı Ankara şəhərində yerləşən Heydər Əliyev Parkında Buta Azərbaycan Mədəniyyətini Yayma və Yaşatma Dərnəyinin təşklatçılığı ilə Novruz bayramı qeyd edilib.

    Kult.az xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfrliyinin əməkdaşlarının, Ankarada yaşayan azərbaycanlıların və xüsusi dəvət olunan qonaqların iştirak etdiyi tədbir musiqi parçaları ilə start götürüb. Türkiyədə yaşayan musiqiçilərimiz müğənni Arzu Qurbani, kamança ustadı Möhsün Qurbani, tarzən Abdulla Qurbani, qarmon ifaçısı Rafiq Əsgərov və nağara ifaçısı Dəniz Musabəylidən ibarət ansambl Azərbaycanın xalq və bəstəkar mahnılarını səsləndiriblər.

    Bakı şəhəri, G.Şeroyev adına 35 saylı musiqi məktəbinin şagirdi Elvin Məmmədli də musiqi axşamına xüsusi br rəng qatıb.

    Tədbirdə çıxış edən “Buta’’ Azərbaycan mədəniyyətini yayma və yaşatma dərnəyinin sədri Nurlan Yusifov Azərbaycan və bütövlükdə Şərq mədəniyyətində önəmli yerə sahib olan Novruz bayramının milli – mənəvi dəyərlərimizin yaşadılmasındaki roluna toxunaraq, bu bayramın bütün dünyada yaşayan azərbaycanlıları birləşdirdiyini bildirib.

    Tədbirdə hazırlanan şirniyyatlardan və çərəzlərdən ibarət bayram xonçası bu bayramın ilk dəfə canlı şahidi olan qonaqlar tərəfindən böyük maraqla qarşılanıb. Yazın gəlişinin simvolu olan səməninin, müxtəlif göy cismlərinə uyğun bir şəkildə hazırlanan şəkərbura, paxlava, badambura kimi Azərbaycan şirniyyatlarının ölkənimizin Novruz mədəniyyətində xüsusi bir yerə sahib olduğunu bildirən qonaqlar bu bayramın təbiətin oyanışı ilə bağlı olduğunu qeyd ediblər.

    Daha sonra toplantı həyətdə yandırılan bayram tonqallarının əhatəsində davam etdirilib. Azərbaycan rəqslərindən nümunələr təqdim edən Ankara Qafqaz Rəqs Qrupunun rəqqasları Azər və Muazzəz Bayramlıları, Səkinə Muxtarlını və Xeyrəddin Abatayı maraqla izləyən tədbir iştirakçıları Novruzun gəlişi ilə bağlı ölkəmizə və millətimizə ən səmimi arzularını dilə gətiriblər.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.