• Rus Dili
  • Reklam
    » » Güclü Türkiyə güclü Azərbaycan deməkdir-Tural Abbaslı TRT Azərbaycana müsahibə verib
    

    Güclü Türkiyə güclü Azərbaycan deməkdir-Tural Abbaslı TRT Azərbaycana müsahibə verib

    30-03-2019, 16:33
    Oxunub: 393
    Şərhlər: 0
    Çap versiyası
    Güclü Türkiyə güclü Azərbaycan deməkdir-Tural Abbaslı TRT Azərbaycana müsahibə verib
    AĞ Partiya başqanı 31 Mart Türkiyə Bələdiyyə Seçkilərinə münasibət bildirib.

    Azərbaycandakı siyasi partiyalardan olan AĞ partiyanın sədri Tural Abbaslı Türkiyədə hər seçimi həm Azərbaycan cəmiyyətinin bir fərdi, eyni zamanda siyasi partiya rəhbəri olaraq diqqətlə izlədiklərini bildirdi.

    Ağ Partiya sədri TRT Azerbaycan saytına verdiyi açıqlamada Türkiyə və Azərbaycanın bir-biriləri ilə tarixi, dini, mədəni əlaqələri olan iki dövlət olduqlarını və bu ölkələrdə baş verən müsbət, ya mənfi proseslərin birbaşa bir-birinə təsir etdiyini qeyd etdi. Hər zaman səsləndirdikləri bir şüara bu gün də sadiq olduqlarını vurğulayan T. Abbaslı "Güclü Türkiyə, güclü Azərbaycan" sözlərinin hər zaman qəbul olunması, Türkiyənin inkişafını sürətlə davam etdirməsi üçün hazırkı hökumətin, yəni AK Partiyanın iqtidarda qalmasının vacib olduğunu bildirdi: ‘Azərbaycanın AĞ partiyası olaraq hər seçki və hər dövrdə AK partinin yanında olmuşuq, inşaallah, bundan sonra da olacağıq.

    Hamıya məlumdur ki, Türkiyədə bələdiyyələr yüksək səlahiyyətlərə malikdir. İlk növbədə, AK partiya və MHP, onların qurduqları Cümhur İttifaqına partiyamız adından uğur diləyirəm. Əminəm ki, seçkilərin nəticələri hər iki xalqı sevindirəcək. Yaşasın Türkiyə, yaşasın Azərbaycan və bu iki dövlətin qardaşlığı!”



    Trt.net.trскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.