• Rus Dili
  • Reklam
    » » İstanbulda son vəziyyət : Səslər yenidən sayıldıqca fərq azalır, Binəli Yıldırım 5774 səsini geri qaytardı
    

    İstanbulda son vəziyyət : Səslər yenidən sayıldıqca fərq azalır, Binəli Yıldırım 5774 səsini geri qaytardı

    4-04-2019, 12:15
    Oxunub: 142
    Şərhlər: 0
    Çap versiyası
    İstanbulda son vəziyyət : Səslər yenidən sayıldıqca fərq azalır, Binəli Yıldırım 5774 səsini geri qaytardıİstanbulda AK Partiyanın səs saylarına edilən saxtakarlığın düzəldilməsinə yönəlik müraciətlərin müsbət nəticələri üzə çıxmaqda davam edir.

    Avropa.info xəbər verir ki, dünən Binəli Yıldırımın səslərinin "yox edildiyi" seçki qutusunun sayı 33-dən 40 -a çıxıb. Bu seçki qutularından çıxan nəticələrdə Binəli Yıldırımın səslərinin sayı 5213-dən 6577-yə yüksəlib.

    Təkcə dünən 3 rayonda Binəli Yıldırımın 5774 səsi bərpa olunub. Beykoz rayonunda 2749, Bağçılarda 1304 və Arnavutköydə 1721 səs bərpa olunub.

    Bağçılar : Sancaktəpə Məhəlləsindəki 1212 saylı seçki qutusunda Binəli Yıldırım 131 səs alıb. Ancaq protokola 1 yazıımışdı. Yıldırımın aldığı 131 səs isə İmamoğluna yazılmışdı.

    SULTANBƏYLİ: Adil Məhəlləsində 2004 saylı seçki qutusunda Yıldırımın aldığı 201 səs Əkrəm İmamoğluna yazılmışdı. İmamoğlunun adlığı 73 səs isə Vətən partiyasına yazılmışdı. Binəli Yıldırıma isə cəmi 1 səs yazılmışdı. Rayondakı 1070, 1229 və 2194 saylı seçki qutularında da saxtakarlıq aşkarlanıb. 2194-cü qutuda Binəli Yıldırımın aldığı 216 səs Vətən Partiyasına yazılıbmış.. 1229-cu qutuda İmamoğlunun aldığı 67 səs Binəli Yıldırıma, Yıldırımın aldığı 188 səs Demokrat Partiyasının namizədinə yazıldı. 1070-cu qutuda isə İmamoğluna 187 səs yazıldı, Yıldırıma isə heç bir səs yazılmayıb.

    SULTANQAZİ: 1378 saylı qutuda Binəli Yıldırımın aldığı 208 səs , İmamoğluna yazılıb. İmamoğlunun 47 səsi Vətən Partiyasının namizədi Mustafa İlker Ucala yazılıb.

    BEYKOZ: 1452 saylı seçki qutusunda protokolda 161 səs Yıldırıma yazılarkən, əslində birləşdirmə aktında 161 oyun İmamoğluna yazıldığı müəyyən edilib. İmamoğl-unun 100 səsi Vətən partiyasının namizədi Ucala, İldırımın 161 səsi İmamoğluna, Türkiyə Kommunist Partiyası İstanbul Böyükşəhər Bələdiyyə namizədi Zəhra Güner Karaoğlunun 1 səsi Yıldırıma yazılıbmış.

    KÜÇÜKÇEKMECE: 2325 saylı seçki qutusunda Yıldırımın 117, İmamoğlunun 164, Müstəqil Türkiyə Partiyası namizədinin 5, Türkiyə Kommunist Partiyası namizədinin 1 səs aldığı görünür. Lakin, aktda İmamoğlunun 117 , Binəli Yıldırımın 0, Vətən Partiyasının namizədinə isə 164 səs yazılıb.скачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.